“Türkiyə Ərdoğan və PKK - nın ikitərəfli atəşi altında qalıb”x9d

“Türkiyə Ərdoğan və PKK - nın ikitərəfli atəşi altında qalıb”x9d

Hazırda oxunan: “Türkiyə Ərdoğan və PKK - nın ikitərəfli atəşi altında qalıb”x9d

91404
MHP lideri Dövlət Bağçalı Türkiyədəki ictimai - siyasi vəziyyətlə bağlı yazı qələmə alıb.

Strateq.az-ın bildirdiyinə görə, millət vəkili həmin yazıda AKP hakimiyyətini bərk tənqid edib, aparılan siyasət nəticəsində Türkiyənin parçalanma təhlükəsi ilə üz - üzə qaldığını bildirib. Yazıda qeyd olunur: 

“Ərdoğanın tez - tez istiqamətini dəyişən təhlükəli oyunları, məkr və hiylələri  həddini aşmışdır. Türkiyə Ərdoğan və PKK - nın ikitərəfli atəşi altında qalmışdır. Ya bu mühasirə yarılacaq, ya da Türkiyəmiz paramparça olacaq."

Yazısında son zamanlar artan daxili gərginliyin Türkiyəni vətəndaş müharibəsinə sürüklədiyini vurğulayan Bağçalı bunun günahını Ərdoğanla Öcalanın əməkdaşlığında görür. Onun fikrincə, bu əməkdaşlığın nəticəsində Türkiyənin bir bölgəsi artıq idarəolunmaz hala gəlmişdir: 

“PKK faktiki öz hakimiyyətini qurduğu, psixoloji üstünlük təmin etdiyi bölgələri həm genişlədib, həm də dərinləşdirərkən, Ərdoğan və tərəfdarları iqtidar oyunlarıyla terrorun dəyirmanına su tökmüşlər”x9d.

Bütün bu yaşananları nəzərə alan Dövlət Bağçalı indiki halda seçkilərə getməyi olduqca təhlükəli görüb və iqtidarı bəzi bölgələrdə fövqəladə vəziyyət elan etməyə çağırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO