Belə ki, qonaq qismində tədbirə dəvət olunmuş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxışında AXC hakimiyyəti dönəmini xatırladaraq həmin iqtidarın danılmaz xidmətlərini qeyd etməklə yanaşı fikrini belə yekunlaşdırdı ki, həmin gərgin dövrdə AXC - nin hakimiyyətdən getməsini şərtləndirən əlverişsiz beynəlxalq sitasiya ilə yanaşı özləri də müəyyən səhvlər buraxıb.
Q. Həsənquliyevdən sonra tribunaya dəvət olunan keçmiş Müsavat başqanı İsa Qəmbərsə çıxışına replika ilə balşadı və AXC - nin səhvlərinə görə deyil, məhz uğurlarına görə hakimiyyətdən kənarlaşdırıldığını bildirdi.xa0
Qurultayın gedişində dəvət olunan qonaqların demək olar ki, hamısı təbriklərdən sonra zalı bir-bir tərk edib gedəndə Moderator.az-ın əməkdaşı Qüdrət Həsənquliyevdən İsa Qəmbərin replikasına münasibət öyrənmək istəyib. BAXCP sədri buna əhəmiyyət vermədiyini bildirib və sadəcə "Məncə onun dediyinin heç bir məntiqi yoxdur. Dünya praktikasında belə bir hal müşahidə edilməyib ki, hansısa siyasi hakimiyyət məhz uğurlarına görə iqtidardan kənarlaşdırılsın. Mən iqtidarımızın səhvlərini bir cümlə ilə etiraf etdim. Başqaları bunu etiraf etməsə nə dəyişir ki?" deməklə kifayətlənib.




































































































