
- A-
- A
- A+
Gündəm
14:25 / 01.07.2015
1 dəq oxunma
Prokurorluq binasında ölən şəxs prokurorluq işçisi deyilmiş - Rəsmi açıqlama
Hazırda oxunan: Prokurorluq binasında ölən şəxs prokurorluq işçisi deyilmiş - Rəsmi açıqlama
83834
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Baş Prokurorluq Səbayel Rayon Prokurorluğunda baş verən ölüm hadisəsinə aydınlıq gətirib
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, bəzi KİV-də Səbayel Rayon Prokurorluğunun inzibati binasında guya prokurorluğun əməkdaşının yıxılaraq vəfat etməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir: “Vəfat edən şəxs prokurorluq əməkdaşı deyil”x9d.
E. Sultanovun sözlərinə görə, Səbayel Rayon Prokurorluğu və daha 10-a yaxın şirkətin yerləşdiyi binanın pilləkən qəfəsində mülki vətəndaşın yıxılaraq vəfat etməsi ilə bağlı dərhal hadisə yerinə məhkəmə-tibbi ekspertləri dəvət edilib. İlkin müayinə zamanı həmin şəxsin ürək tutmasından vəfat etdiyi müəyyənləşib. Bu barədə mərhumun yaxınları məlumatlandırılıb və meyit onlara təhvil verilib: “Qohumlarının dediyinə görə, mərhum uzun müddətdir, ürək-damar çatışmazlığından əziyyət çəkirmiş”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































