Əvəz Zeynallıdan 30 iyunla bağlı İlham Əliyevə müraciət

Əvəz Zeynallıdan 30 iyunla bağlı İlham Əliyevə müraciət

Hazırda oxunan: Əvəz Zeynallıdan 30 iyunla bağlı İlham Əliyevə müraciət
83389
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Sabah-iyunun 29-da Xural qəzetinin baş redaktoru Əvəz Zeynallının təşəbbüsü ilə  30 İyun Sevgililər Günü münasibətilə "Xudafərin" Şadlıq sarayının "Təbriz" zalında növbəıti təntənəli mərasim düzənlənəcək.

Bu münasibətlə Moderator.az-ın əməkdaşı Əvəz bəydən sabahkı tədbirə kimləri dəvət etdiyi ilə maraqlanıb və aşağıdakı cavabı alıb:

"Sabahkı tədbirə bütün partiya sədrlərini, bir çox deputatları, ictimai rəyə təsir edən qəzetlərin redaktorlarını, sayt rəhbərlərini dəvət etmişik. Tədbirdə əziz şəhidlərimiz İlhamla Fərizənin anaları Ofeliya Ana və Bağda Ana da iştirak edəcək. Korifey sənətkar Flora Kərimova, xalq artisti Brilliant Dadaşova, sevilən müğənni Aslan Hüseynov, el aşığı İlham Astanbəyli və digər sənətkarlar tədbirimizi zinətləndirəcəklər. Əməkdar artist, tanınmış qiraət ustası Ağalar Bayramov tədbirin aparıcısı olacaq. Başda İlham Əliyev olmaqla iqtidar mənsubları və ölkə rəhbərliyinin önəmli simaları da tədbirə dəvət olunanlar sırasındadır."

O da bəlli oldu ki, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı prezident İlham Əliyevə 30 İyun tarixinin Sevgililər Günü kimi tanınması barədə ayrıca xahişdə bulunub və 25 iyunda prezidentin saytı vasitəsilə ona yazılı müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO