“Qərb Azərbaycanı düzgün və obyektiv dəyərləndirə bilmir”x9d

“Qərb Azərbaycanı düzgün və obyektiv dəyərləndirə bilmir”x9d

Hazırda oxunan: “Qərb Azərbaycanı düzgün və obyektiv dəyərləndirə bilmir”x9d

77979
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı edilən təzyiqlərin fiaskoya uğramasından danışdı:

“I Avropa Oyunları ərəfəsində bizə qarşı təşkil edilən çirkli piar kampaniyalarıyla Qərb heç nəyə nail ola bilmədi. Qərb Azərbaycana qarşı bütün mümkün təzyiq vasitələrindən istifadə elədi, amma nəticələr isə onun gözləntilərinin tam tərsi oldu. Belə ki, Qərb Azərbaycanı daxildən düzgün və obyektiv dəyərləndirə bilmədi. O, bir dövlətin daxili siyasətini bir neçə narazı şəxsin Azərbaycana qarşı aqressiv məzmunlu məruzələriylə qiymətləndirdi. Öz yetişdirdiyi “beşinci kolon”x9dçuların həbsinə təəccübləndi və onların azad olunmasını tələb etməklə, həm də rəsmi Bakını küncə sıxışdırmağa çalışdı. Yəni bütün qanqaraçılıq salmaq, dostluq əlaqələrinə sarsıdıcı zərbə vurmaq , Azərbaycanın imicini dünya ictimaiyyətinin gözündə korlamaq istəyən qüvvələrin son zərbələri də boşa getdi. Hesab edirəm ki, elə Azərbaycana qarşı “qara piar”x9d kampaniyalarını təşkil edənlərin təlaşına səbəb də məhz onların Azərbaycandakı əlaltılarının məğlubiyyətə uğraması oldu.

Son günlərdəki aktivləşmələr də onların aqoniya halında olmasından xəbər verir. Baxın, radikal müxalifət yenə dialoqa qatılmadı. Görəsən, Qərb özünün maliyyələşdirdiyi və istədiyi vaxt alət kimi istifadə etdiyi Əli Kərimli və onun kimilərini nə üçün dialoqa qatılmağa təşviq etmədi? Axı belə dialoqlar da Qərbin müdafiə etdiyi demokratik dəyərlərin bir tərkib hissəsidir. Lakin açıq-aşkar görsənir ki, nə Qərb, nədəki Əli Kərimlilər, Arif Hacılılar Azərbaycanda gerçək demokratiyanın oturuşması və təşəkkül tapmasında maraqlı deyillər. Çünki onların öz hesabları, hesablamaları var. Söhbət lokal siyasi hesablardan, məhəlli maraqlardan gedir. Elə məhz bu səbəbdən də onlar bu dəfə də dialoqda iştirak etməkdən boyun qaçırdılar. Bununla da növbəti dəfə dövlətçiliyə, Azərbaycanın milli maraqlarına xidmət etməkdən imtina etdilər.

Ümumiyyətlə, son günlərdə Azərbaycana qarşı müxtəlif üsullarla həyata keçirilən təzyiqlər, o cümlədən “qara piar”x9d kampaniyaları və Avropa Parlamentinin keçirdiyi dinləmələrdən də belə görünür ki, əslində bütün bunlar son nəticədə Qərbin öz imicinin korlanmasına xidmət etmiş oldu. Lakin Qərb hələ də bu fiaskonun fərqində deyil”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO