“Hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalıdır”x9d

“Hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalıdır”x9d

Hazırda oxunan: “Hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalıdır”x9d
77847
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moderator.az xəbər verir ki, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri  Əlisahib Hüseynov Avropa Parlamentindəki son dinləmələrə münasibət bildirib:

“Mayın 12-də Avropa Parlamentində “Bakı oyunları: İnsan haqları uğrunda mübarizə”x9d adlı tədbir keçirilib. Avropa Parlamentindəki bütün fraksiyaların birgə iştirakıyla keçirilən bu dinləmələr, nəhayət ki, Avropanın kartlarını açdı.

Bu dinləmələri belə də interpretasiya etmək olar: Qərb etimadlı tərəfdaşı  hesab etdiyi Azərbaycanı ən önəmli anında - I Avropa Oyunları ərəfəsində tək qoydu və indi də bu möhtəşəm tədbirin uğursuz yekunlaşması üçün əlindən gələni edir. Üstəlik də, ətrafına anti-azərbaycançı, anti-türk, anti-müsəlman olan bütün qüvvələri toplayaraq. Tədbirin məruzəçiləri və iştirakçıları sırasında kimlər var idi? “Human Rigths Watch”x9d kimi təxribatçı təşkilatların nümayəndələri, Dinara Yunus kimi, Ələkrəm Hümbətov kimi Azərbaycana qarşı aqressiv mövqe tutmuş şəxslər və s. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsini illərdir ölü nöqtədən tərpətməyən Qərb, indi də bir müddət Azərbaycanda  insan haqları məsələsini gündəmə gətirərək həm vaxt qazanır, həm də siyasi bazarlığa can atır.

Belə anti-azərbaycançılara görə I Avropa Oyunları ərəfəsində Azərbaycan geri çəkilməlidirmi? Məncə, əksinə, cəmiyyətlə dövlət arasındakı etibar, inam daha da möhkəmlənməli və Azərbaycan böyük hədəflərindən yayınmamalıdır. Müstəqil ölkə kimiqısa zamanda əldə etdiyimiz uğurlar Azərbaycanı daha da yüksək zirvələrə qaldırmağa xidmət etməlidir. Lakin biz özümüz bu gücü və iradəni görməzlikdən gələriksə, Azərbaycanın xarici qüvvələrin oyun meydançasına çevrilməsi üçün zəmin yaratmış olarıq.

Məlumdur ki, Azərbaycanın əynində zirehli köynək yoxdur, amma bunun əvəzində isə özünü əsl azərbaycanlı hesab edən vətəndaşları var. Hesab edirəm ki, istər xarici, istər daxili düşmənlərin bu qədər aktivləşdiyi bir dövrdə hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalı və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasının keşiyini çəkməlidir. Unutmaq lazım deyil ki, Qərb iqtisadi maraqlarını “demokratiya”x9d  və “insan haqları”x9d kimi universal təzyiq vasitələri ilə  təmin etməyə çalışır. Nə Azərbaycanda, nədəki digər MDB ölkələrində əhalinin, konkret fərdlərin taleyi onları qətiyyən maraqlandırmır. Əgər həqiqətən də maraqlandırmış olsaydı, Maydan hadisələrindən sonra da Ukraynanı ortalıqda buraxmazdılar. Odur ki, “rəngli”x9d fitvalara uyub, “rəngli”x9d inqilablara yol açmaq üçün azərbaycanlılardan istifadə olunmasına azərbaycanlılar özləri yol verməməlidirlər. Hər bir vətəndaş siyasətçi ola bilməsə də, ancaq ən azından özünü xarici qüvvələrin istifadə etdiyi siyasi alət olmaqdan da qorumağa çalışmalıdır”x9d.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO