Keçmiş baş prokuror İrəvanda və İstanbuldakı törənləri müqayisə etdi

Keçmiş baş prokuror İrəvanda və İstanbuldakı törənləri müqayisə etdi

Hazırda oxunan: Keçmiş baş prokuror İrəvanda və İstanbuldakı törənləri müqayisə etdi

76184
Moderator.az xəbər verir ki, keçmiş baş prokuror İxtiyar Şirin qondarma erməni soyqırımının və Çanaqqala zəfərinin 100 illiyində İstanbulda və İrəvanda keçirilən mərasimləri müqayisə edərək kimin haqlı, kimin haqsız olduğunun, kimin barış, kimin savaş istədiyinin müqayisəli təhlilini aparıb:

"Dünya erməniləri hər ilin 24 aprelini uydurma «erməni soyqırımı» günü kimi qeyd edir. Bu ilin 24 aprelində isə uydurma olmayan tarixi bir hadisənin - Osmanlı dövlətinin 1915-ci il Çanaqqala qələbəsinin 100 illiyi 100 dövlətin yüksək nümayəndələri ilə birlikdə qeyd edildi. Burada Osmanlı dövlətinə qarşı 1-ci dünya müharibəsində vuruşan və Çanaqqalada məğlubiyyətə uğrayan İngiltərənin, Avstraliyanın, Yeni Zelandiyanın, İrlandiyanın dövlət və hökumət rəhbərləri və nümayəndələri var idi. Bu tədbirdə 17 dövlətin prezidenti, üç dövlətin parlament rəhbərləri, 5 ölkənin baş nazirləri, 28 ölkənin nazirləri iştirak etdilər. Bu rəqəmlər Çanaqqala döyüşlərinin 100 illiyinin yüksək səviyyədə keçirildiyini çox aydın göstərir.
   
Ermənistandakı uydurma «soyqırım» mərasiminə isə 1-ci dünya müharibəsində erməniləri təbəələri olduqları Osmanlı dövlətinə qarşı üsyan etməyə təhrik etmiş Rusiyanın və Fransanın prezidentləri ilə birlikdə Serbiyanın və yunan Kipr respublikasının prezidendləri, habelə ABŞ maliyyə nazirindən və bir neçə dövlətin Yerevandakı səfirlərindən başqa heç bir dövlət və hökumət nümayəndələri iştirak etmirdi. Bu tədbirdə Rusiyanın və Fransanın prezidentləri verdikləri bəyanatlarda Ermənistan prezidentinin Türkiyəyə qərşı səsləndirdiyi soyqırım, qətliam kimi uydurma ittihamları müdafiə etdilər. Onların əsası olmayan bu ittihamları heç də xalqları və dövlətləri dostluğa, əməkdaşlığa, sülhə çağıran bəyanatlar olmadı. Əksinə onlar bu bəyanatları ilə ermənilərin Türkiyəyə qarşı əsassız tələblərini həmişəki kimi  müdafiə etdilər, ermənilərin türklərə qarşı düşmənçiliyini daha da qızışdırdılar.
   
Bəs Türkiyədə Çanaqqaladan dünyaya hansı məsajlar verildi? Türkiyənin prezidenti R.T.Ərdoğan bəyan etdi ki, biz 100 il bundan əvvəl 1-ci dünya müharibəsində bir-birimizə qarşı müharibə etsək də, bu müharibədə yuz minlərlə şəhidlər versək də, bu gün şəhidlərimizin torpağa verildiyi Çanaqqaladan birlikdə  dünyaya barış və sülh məsajları verir, gələcək 100 ili dünya üçün sülh və barış ili elan edirik. Dünya dövlətlərinin yarıdan çoxunun nümayəndələrinin iştirak etdiyi bu tədbirdə belə bəyanatların və mesajların verilməsi Türkiyənin dünyada gedən proseslərə təsir gücünün daha da artdığını, dünya dövlətlərinin Türkiyənin mövqe və fikirlərinə daha diqqətlə yanaşdığını göstərən cox ciddi amillərdir. Bu gün dünyanın həqiqətən də ən çox ehtiyacı olduğu şey sülh və dostluqdur. Münaqişə və müharibə bəyanatları heç kimi cəlb etmir. Əksinə, belə çağırışlar insanlarda çox böyük qorxu yaradır. Ona görə də Türkiyədən verilən bəyanatlardan fərqli olaraq, Ermənistandan verilər uydurma ittihamların səsləndirildiyi bəyanatlar xalqların istək və tələbatlarına uyğun olmadığı kimi, həm də dünyada heç bir siyasi və hüquqi təsirə malik deyil və bu bəyanatların real hansısa nəticələrə səbəb ola biləcəyi də mümkün deyil.  
   
Türkiyə Cümhuriyyətinin Çanaqqala qələbəsinin 100 illiyini bir barış və sülh günü kimi qeyd etməsi həm də bəzi ölkələrin 2-ci dünya müharibəsinin nəticələrinin qeyd edilməsini hansısa bir millətin başqa millətlər üzərində müəyyən haqlar qazandırdığını  nümayiş etdirmə vasitəsi kimi istifadə etməyə çalışmalarına da çox yaxşı bir cavabdır.  
   
Bütün bunlar Türkiyə Cümhuriyyətinin prezidentinin böyük siyasətdə ölkəsinə qazandırdığı ciddi  bir uğurdur. Biz Azərbaycanlılar da bunu həm də bizim qələbəmiz hesab edir, cənab R.T. Ərdoğana uğurlar diləyirik".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO