"Suriyada və İraqda baş verənlər Azərbaycana da təsir edəcək"

Hazırda oxunan: "Suriyada və İraqda baş verənlər Azərbaycana da təsir edəcək"

74592
Bu gün dünyada qloballaşma prosesi adı altında işğalçılıq siyasəti həyata keçirilir. 

Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə,  qloblaşma prosesi getsədə, əslində biz  mədəni işğalçılıq siyasətinin yürüdülməsinin şahidi oluruq.”x9dÇünki dildə bir, əməldə isə tamamilə fərqli siyasətin şahidi oluruq. Bunun nəticəsidir ki, dünyada ziddiyyətlər inkişaf edir və  belə demək mümkünsə üçüncü dünya müharibəsi başlayıb. Bu müharibə Yaxın Şərqdə  müsəlman dünyasının ərazisində gedir. Bunun adını nə qoyursunuz, qoyun. Çünki bu gün dünyada siyasi lider  böhranı var. İndi hansı lideri araşdırısan arxasından milyardlar çıxır. Bu gün dünyanı idarə edən “qara pullardır”x9d. Hazırda biznesmenlər, oliqarxlar önə xçıxır. Hər yerdə belədir. Amerikada da seçkilərin taleyini pul həll edir. “Multikulturalizm”x9d, “Çoxmədəniyyətli”x9d və sair kimi gözəl şüarları ortaya atmaqla xalqlar arasında savaş başladırlar. Proseslərdən belə görünür ki, Suriyada, İraqda baş verənlər Azərbaycana da təsir edəcək. Bu, bir projedir.”x9d
Fikrini davam etdirən S. Rüstəmxanlı bildirdi ki, vəziyyətdən çıxış yolu kimi milli müqavimət gücümüzü artırmalıyıq: “Təəssüflər olsun ki, bu gün azərbaycan cəmiyyətinin müqaviməti gücü ölüb. Müharibə millətləri birləşdirir, amma biz Qarabağ müharibəsindən sonra birləşə bilmirik. 20 ildir, bir-birimizi ittiham edirik.Bu qədət ittiha bizə yetməzmi? Bu bəs deyilmi? Artıq bütün umu küsüləri kənara atıb birləşmək vaxtıdır. Vəziyyətdən çıxış yolu aramalıyıq. Sabah gec olacaq. Vəziyyətin pisləşməsi heç kimi xeyrinə olmayacaq. Hakimiyyət millətlə anlaşmalıdır, bu olmazsa, inkişafa nail olmaq olmaz. Azərbaycanın milli siyasəti olmalıdır, düşünün, 30 ildən sonra vəziyyət necə olacaq? Müharibə bitməyib, milli birlik də yoxdur.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO