Uorlik yenə

Uorlik yenə "Twitter"də ağladı

Hazırda oxunan: Uorlik yenə "Twitter"də ağladı

72989
"Dağlıq Qarabağda yenidən güc tətbiqi faciəlidir və atəşkəs rejimini pozur". 

Moderator.az -ın məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu sözləri "Twitter"dəki səhifəsində yazıb.

Daha sonra amerikalı diplomat davam edib: "Tərəflərin bir-birini ittiham etməsi Dağlıq Qarabağ sülhü üçün atılan addımları yox edir".

Göründüyü kimi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri tərəfləri yola verməyə çalışıb. Əcəba, amerikalı diplomatın Helsinki xartiyasından və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığından xəbəri yoxdur? Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi faktını niyə qulaq ardına vuraraq, bu cür mənasız bəyanatlar verir? Başqa dövlətin ərazisinə soxulmuş işğalçı ordu ilə öz ərazisini qorumağa çalışan müdafiə qoşunlarını necə eyniləşdirə bilər? Obama administrasiyası niyə bu "Twitter" melanxolikini Amerikanın maraqları üçün həyati olan bir münaqişəyə ağıçı olaraq göndərib? Suallar çoxdur, cavab isə yox... 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO