
- A-
- A
- A+
Повестка дня
18:17 / 04.03.2015
3 dəq oxunma
Məlahət İbrahimqızı: “Gənclər üçün əmək yarmarkaları keçiriləcək”x9d- FOTOLAR
Hazırda oxunan: Məlahət İbrahimqızı: “Gənclər üçün əmək yarmarkaları keçiriləcək”x9d- FOTOLAR
71493
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Millət vəkili ADNA tələbələrini Əmək yarmarkasında aktiv olmağa çağırdı
Martın 4-də Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) YAP Gənclər Təşkilatının Hesabat seçki yığıncağı keçirildi. Konfransda ADNA-nın rektor vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanov, ADNA YAP ilk təşkilatının sədri Tamilla Naibova, YAP-ın Nəsimi rayon təşkilatının sədr müavini Zəfər Qurbanov, İdarə heyətinin üzvləri, eləcə də YAP-ın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, həmçinin prorektor və dekanlar, kafedra müdirləri və tələbələr iştirak etdilər.
Konfransda bir neçə məsələyə baxıldı. ADNA YAP Gənclər təşkilatının hesabatı dinlənildi və məruzə ətrafında çıxışlar oldu. Təşkilata 27 nəfərdən ibarət yeni heyət və Şura üzvləri seçildi. YAP-a üzv olmaq istəyənlərin ərizələrinə baxılmaqla yanaşı, qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edildi. Qərara alındı ki, 27 nəfərlik Şura üzvləri eyni zamanda YAP Nəsimi Rayon konfransına da seçilsinlər. Konfransı giriş sözü ilə professor Vaqif Qurbanov açdı. Konfransın məqsədləri barədə fikirlərini bildirən V.Qurbanov gənclərin ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni humanitar həyatda əsas rola malik olan potensial qüvvə kimi dövlət quruculuğunda mühüm yer tutduğunu dedi. Gəncləri Azərbaycanın gələcəyi, yeni güc, yeniləşmə, müasirləşmə, modernləşmənin təməl sütunları kimi ifadə edən rektor ulu öndər Heydər Əliyevin həmişə gənclərə güvəndiyini, onlara böyük etimad göstərdiyini xatırlatdı: “Azərbaycanda “Gənclər siyasəti”x9d dövlət siyasətinin əsas tərkib hissəsidir. Azərbaycan gəncliyi dövlətin diqqət və qyğısını hər zaman öz üzərində hiss edib”x9d. V.Qurbanov ADNA tələbələrinin YAP-ın istər rayon, istərsə də respublika miqyaslı tədbirlərində yaxından iştirak etdiklərini dedi. Onun sözlərinə görə, dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan gəncləri dövlətin ictimai-siyasi proseslərində yaxından iştirak edirlər. Konfransın işini YAP Nəsimi rayon təşkilatının sədr müavini Zəfər Qurbanov apardı. ADNA YAP gənclərinin fəaliyyəti ilə bağılı İPAF tələbəsi Aydın Məmmədli hesabat verdi. Tələbələr Nurxan Babayev, Səadət İbrahimova hesabatla bağlı çıxışlar edərək, fəaliyyətlərinin qənaətbəxş qiymətləndirilməsini təklif etdilər. YAP Nəsimi rayon təşkilatının sədri millət vəkili Məlahət İbrahimqızı konfransın işindən razı qaldığını deyərək, ADNA tələbələrinin YAP-ın keçirdiyi tədbirlərdə aktiv iştirak etdiyini qeyd etdi. Millət vəkili partiyaya üzvlük zamanı hər şeydən əvvəl gənclərin fəallığının, bacarığının və istedadının nəzərə alınmasını vacib amil kimi önə çəkdi. O, bu gün bir çox gəncin öz bilik və bacarıqları ilə seçilərək yüksək vəzifələrə təyin olunduğunu qeyd etdi. Millət vəkili ADNA tələbələrinə bildirdi ki, Nəsimi rayon YAP təşkilatının təşkilatçılığı ilə martın 18-də Gənclər üçün Əmək yarmarkaları keçiriləcək. Yarmarka Nizami kinoteatrının II mərtəbəsinbdə baş tutacaq. M.İbrahimqızı bütün gəncləri, xüsusilə də YAP üzvü olan tələbə gəncləri Əmək Yarmarkalarında aktiv iştirak etməyə çağırdı. O, gənclər üçün nəzərdə tutulan yarmarkada yüksək məvacibli vakansiyaların olacağını bildirdi. Konfrans ADNA YAP Gənclər təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirdi. Gənclərin fəaliyyəti qiymətləndirilməklə yanaşı, hesabat seçki yığıncağı ilə bağlı qərar qəbul olundu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































