
- A-
- A
- A+
Повестка дня
15:20 / 27.02.2015
2 dəq oxunma
"Ermənistan məlumat mübadiləsi aparmaqdan ona görə imtina edir ki..."
Hazırda oxunan: "Ermənistan məlumat mübadiləsi aparmaqdan ona görə imtina edir ki..."
71063
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ermənistan kütləvi məzarlıq,əsir və girovlarla bağlı məlumat mübadiləsi aparmaqdan ona görə imtina edir ki, bu zaman onların növbəti vəhşiliyi ortaya çıxacaq.
Moderator.az xəbər verir ki, bunu XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilən görüşündə Franasa prezidenti Fransua Olland əsir və itkin düşən şəxslərin, o cümlədən kütləvi məzarlıqların araşdırılması məsələsində qarşılıqlı əməkdaşlıq edilməsi təklif olunub: “Bu məsələdə hər iki tərəf əvvəlcə razı olub, ancaq sonradan kütləvi məzarlıqlarda DNT analizinin aparılması məsələsi ortaya çıxanda Ermənistan tərəfi bundan imtina edib. Çünki kütləvi məzarlıqda olanların hamısının azərbaycanlı olduğu məsələsi ortaya çıxacaqdı.”x9d
H. Hacıyev deyib ki, Qarabağ münaqişəsi başlayandan bu günə kimi 4 mindən artıq vətəndaşımızın taleyindən xəbər yoxdu və onlar itkin düşmüşlər siyahısında yer alırlar.: “Onların yaxınları 20 ildən artıqdır ki, bu şəxslər barəsində hər hansı məlumat əld edə bilmir. Biz də məlumat var ki, Ermənistan tərəfi girov götürdüyü şəxsləri sonradan kütləvi surətdə qətlə yetirib və onları kütləvi formada da basdırıblar. Azərbaycan da bu məzarlıqların araşdırılmasını təklif edir və bu məzarlıqda basdırılanların DNT analizinin aparılaraq kimə məxsus olduğunu müəyyənləşdirsinlər. Ancaq Ermənistan belə bir DNT analizinin aparılmasının əleyhinə çıxaraq əməkdaşlıqdan imtina edib. Onlar yaxşı bilir ki, analiz aparılarsa bu kütləvi məzarqlıda olanların azərbaycanlılara olduğu sübuta yetiriləcək. Ermənilər öz vəhşiliklərinin və cinayətlərinin üstünü ört-basdər etmək məqsədi ilə buna imkan vermir və qeyri konstruktiv mövqe nümayiş etdirilər.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































