Arzu Nağıyev:

Arzu Nağıyev: "Qarabağ münaqişəsi donmuş bir haldadır"

Hazırda oxunan: Arzu Nağıyev: "Qarabağ münaqişəsi donmuş bir haldadır"
69899
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
“Necə ola bilər ki, “Normand dördlüyü”x9d Ukrayna münaqişəsinin həllinə bu qədər canfəşanlıqla yanaşır. Ancaq Minsk Qrupunun iki üzvü də daxil olan bu dövlətlərin nümayəndələri Dağlıq Qarabağ məsələsində passivlik nümayiş etdirdilər?!”x9d.

Bunu ANS PRESS-ə açıqlamasında politoloq Arzu Nağıyev ATƏT-in Minsk Qrupunun son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallaşmasına münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupundakı həmsədrlər və onların təmsil edildikləri dövlətlərin Dağlıq Qarabağ münaqişənin həll edilməməsində öz maraqları var:

“Sülh danışıqları, ikitərəfli görüşlər, məsləhətləşmələrdən başqa bu illər ərzində irəliyə addım ata bilməyən Minsk Qrupu BMT-nin qətnamələrinin yerinə yetirilməsi və ərazi bütövlüyü ilə bağlı da heç bir fəaliyyət göstərmir. Təəssüf ki, bu “gəlib”“getmələrin”x9d əsas məqsədi münaqişənin həllinin yubadılmasına xidmət edir. Yəni bunu istəsək də, istəməsək də Dağlıq Qarabağ münaqişəsi donmuş bir haldadır. Ancaq belə bir "status-kvo”x9d Azərbaycan tərəfini qətiyyən qane edə bilməz. Bu gün bu qurumun fəaliyyətsizliyi nəticəsində hərbi əməliyyatlar səngimir və demək olar ki, hər gün daha da intensivləşir. Ermənilərin “nazı ilə oynamaq“ prinsipini seçən qrup münaqişənin uzanmasına və bugünkü “status-kvo”x9dnun saxlanmasında özlərini sanki maraqlı bir tərəf kimi aparırlar. Bütün bunlar isə Azərbaycan tərəfini qane etmir. Almaniya kansleri Anqela Merkellə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycan tərəfinin mövqeyini bildirməklə öz narazılığını ifadə etdi. Necə ola bilər ki, “Normand dördlüyü”x9d Ukrayna münaqişəsinin həllinə bu qədər canfəşanlıqla yanaşır. Minsk Qrupunun iki üzvü də daxil olan bu dövlətlərin nümayəndələri Dağlıq Qarabağ məsələsində passivlik nümayiş etdirdilər”x9d.

Arzu Nağıyev hesab edir ki, ATƏT həmsədrləri Ceyms Uorlikin simasında məsələnin həllinə olduqca başdansovdu yanaşır:

“Əlbəttə ki, bunun da öz səbəbləri var. Lakin bu gün bir üstünlüyümüz bizi Ukraynadan fərqləndirən iqtisadi, texniki və hərbi potensialımızın olması və münaqişənin qeyri-sülh yolu ilə yəni müharibə yolu ilə həll etmək imkanımızın olmasıdır. Buna baxmayaraq, sülh yolunu seçməklə dünya dövlətləri ilə həmrəylik göstərərək, biz bu yola üstünlük veririk. Öz fəaliyyətsizliyini və ünvanlarına söylənən iradları dərk edən ATƏT-in Minsk Qrupu artıq öz fəaliyyət spektrlərini müəyyən qədər dəyişmək fikrindədirlər. Məhz buna görə də iki ölkə prezidentlərinin görüşməsi istiqamətində çağırışlar edir, lokal müharibənin başlamasından çəkinirlər. Onların bölgədə yenidən fəallaşma səbəblərindən biri də budur. Bunun təsdiqi olaraq qeyd etmək lazımdır ki, Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik artıq Vyanadadır və gəlişinin məqsədinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT ofisində üzv ölkələrlə müzakirə aparmaq və münaqişənin sülh yolu ilə həlli üçün regiona mühüm səfər edəcəkləri barədə bildirməsidir”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO