MN təlimdə iştirak edən şəxsi heyət ilə görüşüb -  FOTOSESSİYA

MN təlimdə iştirak edən şəxsi heyət ilə görüşüb - FOTOSESSİYA

Hazırda oxunan: MN təlimdə iştirak edən şəxsi heyət ilə görüşüb - FOTOSESSİYA
55744
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti irimiqyaslı birgə təlimlərdə iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma baş çəkiblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, müdafiə naziri təlimlərdə iştirak edən uçuş və texniki heyətlə görüşüb, döyüş aviasiyasına baxış keçirib və müxtəlif təyinatlı atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.
 
Sonra Azərbaycan HHQ-nin nümayəndəsi polkovnik Elçin Axundov və Türkiyə HHQ-nin nümayəndəsi polkovnik Nihat Çırakoğlu təlimlərdə iştirak edən heyətin hazırlığı, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinqlə çıxış ediblər.
 
Təlimlərin əhəmiyyətini vurğulayan Müdafiə naziri bunun tarixi bir hadisə oluğunu qeyd edib və ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını bir daha xatırlayaraq Azərbaycan ilə Türkiyə dostluğunun əbədi olduğunu diqqətə çatdırıb.
 
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birgə təlimlərin keçirilməsinə dəstək olduqlarını qeyd edərək dövlət başçılarına minnətdarlığını bildirib. "Hər iki ölkənin Silahlı Qüvvələrinin məqsədi bölgədə sülhə və əmin-amanlığa nail olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz və gücümüz birliyimizə bağlıdır", deyə Müdafiə naziri birgə təlimlərin hazırlanması və keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
 
Sonra təlim iştirakçılarına və Müdafiə Nazirliyinin rəhbərliyinə xatirə hədiyyələri təqdim edilib.
 
Sonda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının uğurla davam etdirilməsi şərəfinə ənənəyə uyğun olaraq qurban kəsilib.
 
Təlimlər davam edir.















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO