Ümidçilər  İqbal Ağazadənin doğum gününü təbrik etdi

Ümidçilər İqbal Ağazadənin doğum gününü təbrik etdi

Hazırda oxunan: Ümidçilər İqbal Ağazadənin doğum gününü təbrik etdi

55567

Moderator.az xəbər verir ki, bu gün  müasir Azərbaycanın millət vəkili, siyasi xadim Ümid Partiyasının sədri İqbal Ağazadənin doğum günüdür. Ümid Partiyasının Rəyasət Heyəti və  bütün partiya üzvləri İqbal Ağazadəni doğum günü münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İqbal bəy!

Sizi ”“ müasir Azərbaycan siyasətinin önəmli simalarından birini, ölkənin ən böyük və dinamik siyasi partiyasının başqanını, dəyərli millət vəkilini Doğum Gününüz münasibətilə təbrik edir, şəxsi həyatınızda və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.

Siz Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarcasına döyüşmüş tək siyasi lidersiniz. Qarabağ qazisisiniz. Əminik ki, uğrunda canınızı belə əsirgəmədiyiniz xalqımız Sizin illərdir formalaşdırdığınız, israrla təlqin etdiyiniz barış, dostluq, qardaşlıq siyasətini milli siyasət müstəvisinə gətirəcək. Bunu bizə Sizin səmimi, realist düşüncə üzərində yürütdüyünüz fəaliyyətiniz deyir. Və biz ona da əminik ki, ölkənin demokratikləşməsi, millətin azadlığı uğrunda nəinki görəvini, hətta öz azadlığını belə qurban verən Lider kimi müasir Azərbaycan tarixində əbədi qalacaqsınız.

Cənab Sədr!

Sıralarında əlli mindən çox insanı birləşdirən Böyük Ümid ailəsi məhz Sizin liderliyinizlə, Avropa ailəsinə inteqrasiya xətti yürüdən daha müasir, daha demokratik və daha azad Azərbaycan uğurunda müqəddəs mücadilənizdə Sizinlə birlikdə olacağını bəyan edir.

Bir daha Sizi Doğum Gününüz münasibətilə təbrik edir, can sağlığı, uzun ömür, xoşbəxtlik və siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.   

Təbrik edirik! “

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO