Əzizağa Qənizadə yeni təyinat aldı...- ÖZƏL

Əzizağa Qənizadə yeni təyinat aldı...- ÖZƏL

Hazırda oxunan: Əzizağa Qənizadə yeni təyinat aldı...- ÖZƏL

54937
Moderator.az xəbər verir ki, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə müdafiə naziri Zakir Həsənovun əmri ilə Hərb Tarixi Muzeyinin rəisi təyin edilib.

 Əfqanıstan müharibəsində iştirak etmiş Ə. Qənizadə 1993-cü ildə Laçında briqada komandiri olub. Kəlbəcərin işğalı ərəfəsində isə həmin bölgəyə göndərilsə də ermənilərin iki tərədən olan hücumunu dəf edə bilməyib və buna görə də uzunmüddətli həbs cəzası çəkməli olub.

 Muzeyin rəisi vəzifəsini icra edən Sahib Qarayev də yeni vəzifəyə təyin edilib. Xatırladaq ki, Muzeyin rəisi Rüfət Əmirov bir müddət bundan əvvəl MN İctimaiyyətlə Əlaqə və Mənəvi Psixoloji İdarənin rəisi vəzifəsinə zabit kimi təyinat alib.

Moderator.az polkovnikin döyüş yolu barədə oxucularını məlumatlandırmağı lazım bilir və belə bir peşəkar hərbçinin orduya qaytarılmasını alqışlayır.

Əzizağa Qənizadə Cəmşid Naxçıvanski adına Hərbi liseyi bitirdikdən sonra 1976-ci ilin avqust ayında Bakı Ali Ümumqoşun Komandanlıq məktəbinə daxil olub və 1980-ci ildə oranı bitirdikdən sonra Qırmızı Bayraqlı Türküstan Dairəsinin 44077 saylı hərbi hissəsinin tağım komandiri vəzifəsinə təyin olunub. 1981-ci ilin may ayından israrlı xahişi ilə Əfqanıstana göndərilib. 1981-ci ilin sentyabr ayına kimi 51884 saylı hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsində çalışıb. Kabul şəhəri Taborun Qərargəh rəisi mayor Ruslan Auşev olub. Həmin ilin sentyabr ayında sonradan İnquşetiya Respublikasının prezidenti olan Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevın təqdimatı  ilə döyüşlərdə qəhrəmanlıq nümunələrini göstərdiyinə görə "Qirmızı Ulduz" ordeni almağa təqdim olunub. 1981-ci ilin sentyabr ayından 1982-ci ilin noyabr ayına kimi 78864 saylı Hərbi hissədə motoatıcı bölüyün komandiri vəzifəsində döyüşlərdə iştirak edib.1982-ci ilin aprel ayında döyüşlərdə fərqləndidiyinə görə  vaxtından əvvəl baş leytenant hərbi rütbəsini alıb.1982-ci ilin noyabr ayında döyüşlərdə fərqləndiyinə görə yuxarı pilləyə, 39676 saylı hərbi hissədə motoatıcı bölüyün komandiri vəzifəsinə təyin olunub. 1982-ci ildə fevral aiında SSRİ Ali Sovetinin fərmanı ilə döyüşlərdə qəhrəmanlıq  göstərdiyinə görə "Qırmızı Ulduz" ordeni ilə təltif olunub. 1982-ci ilin mart ayında döyüşlərdə misilsiz şücaət  göstərdiyinə görə 39676 saylı hərbi hissənin komandanlığı tərəfindən İkinci "Qırmızı Ulduz" ordeninə təqdim olunub. 1982-ci ilin may ayında Əfqanıstanda xidmətini bitirib.
1990-ci ilin avqust ayından Ordu, Hava və Dəniz Donanmasına Könüllü İdman Yardım Cəmiyyətində Hərbi Hazırlıq üzrə sədr müavini vəzifəsində xidmət edib. 1992-ci ilin mart ayında Müdafiə Nazirliyinə gedərək döyüş bölgəsinə göndərilməsiylə bağlı raportla müraciət edib. 

Beləliklə, 1992-ci ilin fevral ayında Milli Ordunun 853 hh (sonradan bu hərbi hissə 771 saylı hərbi hissəyə çevriləcək) komandiri vəzifəsinə təyin olunub. 1992-ci ilin aprel ayından 1992-ci ilin noyabr ayına qədər 771 saylı hərbi hissənin (I-ci Xüsusi Təyinatlı Reyd Dəstəsinin) komandiri vəzifəsində Qarabağın (Cabrayıl, Zəngilan və Qubadlı rayonlarından başqa) bütün bölgələrində, Müdafiə Nazirliyi tərəfindən göndərilərək Xüsusi Təyinatlı Reyd Dəstəsinə rəhbərlik etməklə onlarla döyüş tapşırıqlarını uğurla yerinə yetirib. 1992-ci ilin aprel ayında I-ci Xüsusi Təyinatlı Reyd Dəstəsinin komandiri vəzifəsində xidmət edərkən növbəti polkovnik-leytenent hərbi rütbəsini alıb.1992-ci ilin noyabr ayında 701 saylı hərbi hissənin komandiri vəzifəsinə təyin olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO