Əmək Müfəttişiliyi 9200-dən artıq  hüquq pozuntusu qeydə alıb...

Əmək Müfəttişiliyi 9200-dən artıq hüquq pozuntusu qeydə alıb...

Hazırda oxunan: Əmək Müfəttişiliyi 9200-dən artıq hüquq pozuntusu qeydə alıb...

52635
Əmək Müfəttişiliyi Xidməti cari ilin 6 ayında əmək qanunvericiliyi sahəsində 9200-dən artıq  hüquq pozuntusunu qeydə alıb. 

Bunu Moderator.az-a açqlamasında  Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi yanında  Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib.

Onun sözlərinə görə, hüquq pozuntuları ilə bağlı olaraq işəgötürənlərə qarşı 2 mln. 300  min manat həcmində cərimə tətbiq edilib:

”Bu hüquq pozuntuları əməyin təşkili ilə bağlı bir sahələri əhatə edir. Belə ki, burada həm işəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanmaması, həm əməyin mühafizəsi,  həm əməkhaqqının ödənilməməsi, təhlükəsizlik qaydalarına riayət olunmaması və digər məsələlərə aiddir”, deyə F.Əlizadə deyib.

F.Əlizadə onu da bildirdi ki, artıq 2 mln. 300 min manatlıq cərimədən 900 min manatak vəsait Müfəttişliyin hesabına ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO