"Müharibə şəraitində yalnız daxili bütövlüyünü qoruyan cəmiyyətlər qələbə çala bilər"

Hazırda oxunan: "Müharibə şəraitində yalnız daxili bütövlüyünü qoruyan cəmiyyətlər qələbə çala bilər"

52111

“İstər Ukraynada, istərsə də Yaxın Şərq ölkələrində baş verənlərin hüquqla heç bir əlaqəsi yoxdur. Bu proseslər geopolitik hadisələrdir”.

Hüquq elmləri üzrə fəlsəfə doktoru Rafael Qasımov bunu Moderator.az-a açıqlamasında bildirib. 

Hüquqşunasın fikrincə, beynəlxalq hüquqi aktlar böyük savaşlar sonrasında ortaya çıxan status-kvonu qorumaq və razılığa gəlinən məsələlərə nəzarəti tənzimləmək üçün hazırlanır:

“Hal-hazırda isə keçmiş geopolitik balans pozulur, dünya yenidən formalaşır. Bu səbəbdən də keçmiş düzəni tənzimləyən hüquq aktları və onlara nəzarət edən qurumlar da öz əhəmiyyətini itirir. Biz çox vaxt BMT-nin Qarabağ barəsində çıxartdığı dörd qətnaməni əsas götürüb problemin dinc yolla həllini arzulayırıq. Halbuki artıq BMT qərarları əhəmiyyətsiz kağız parçasına çevrilir. Bunun səbəbi əski geopolitik sistemin dağılmasıyla bağlıdır. Yaracaq yeni sistem isə özünəməxsus beynəlxalq hüquq sitemini ortaya çıxaracaq”.

Müsahibimizə görə, son zamanlar Qarabağ ətrafında hərbi stabilliyin pozulması da məhz bu reallıqdan doğur: “Tərəflər yeni geopolitik sistemin formalaşması mərhələsinə güclü tərəf kimi daxil olmağa çalışırlar. Xüsusilə Azərbaycan torpağının 20%-nin işğal altında olduğu halda bu mərhələyə qədəm qoymaq istəmir və öz mövqedə tamamilə haqlıdır. Çünki yeni mərhələdə keçmiş hüquqi aktların çox da mühüm əhəmiyyəti olmayacaq, müasir dövlətlərin sərhədləri əski hüquqa görə yox, faktiki duruma görə müəyyənləşdiriləcək. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti bu reallığın fərqindədir. O səbəbdən də ölkə başçımız Qarabağ probleminin faktiki vəziyyətilə razılaşmaq istəmir. Bütün cəmiyyətimiz  reallığı başa düşməli və siyasi mövqeyindən asılı olmayaraq onun yanında yer almağa çalışmalıdır”.

Rafael Qasımov son zamanlar ölkədə bir sıra hüquq müdafiəçilərinin və bəzi müxalif qüvvələrin həbs olunmasının başlıca səbəbini də ölkəmizin qarşı-qarşıya qaldığı geopolitik durumla əsaslandırır: “Qəbul etməliyik ki, dünyanın yenidən bölüşdürülməsi mərhələsi elan olunmamış müharibəyə bənzəyir. Bu cür müharibə şəraitində yalnız daxili bütövlüyünü qoruya bilən cəmiyyətlər qələbə çala bilərlər. Cəmiyyətin bütövlüyü naminə hüquqların məhdudlaşdırılması isə çox vaxt yeganə çıxış yolu olur. Unutmayaq ki, müharibə şəraiti hüquqların məhdudlaşdırıldığı rejim deməkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO