Lənkəran sərhəd dəstəsində yeni inşa olunmuş sərhəd komendantlığı və sərhəd zastavası kompleksi istifadəyə verilib

Lənkəran sərhəd dəstəsində yeni inşa olunmuş sərhəd komendantlığı və sərhəd zastavası kompleksi istifadəyə verilib

Hazırda oxunan: Lənkəran sərhəd dəstəsində yeni inşa olunmuş sərhəd komendantlığı və sərhəd zastavası kompleksi istifadəyə verilib
51199
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş “Baxçalar” sərhəd komendantlığı və “Baxçalar” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib. Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib.
 
1347,2 kvadrat metr sahədə inşa olunmuş, 10 ədəd əsas və köməkçi binalardan ibarət olan sərhəd komendantlığı və zastavası kompleksinə 2 ədəd 4 mənzilli yaşayış binası, komendantlığın inzibati binası, əsgər yataqxanası, təminat və yeraltı tərəvəz anbarları, xidməti it volyeri, xidməti atlar üçün tövlə, yay yeməkxanası, qazanxana və sanitar qovşağı daxildir. Bina və qurğularda müasir istilik sistemi quraşdırılmış, otaqlar və xidməti mənzillər mebel və avadanlıqlarla təchiz olunub.
 
Komendantlığın və sərhəd zastavasının açılış mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini, general-mayor Azad Ələkbərov, Lənkəran sərhəd dəstəsinin rəisi, polkovnik Zaur Zeynalov, sərhəd komendantlığının şəxsi heyəti iştirak edib.


APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO