Azay Quliyevdən təklif var

Azay Quliyevdən təklif var

Hazırda oxunan: Azay Quliyevdən təklif var
49156
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“ATƏT ərazisində Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü pozulub və bununla da Helsinki Yekun Aktının bütün prinsipləri pozulub”. Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında komitənin sədr müavini Azay Quliyev deyib. Azay Quliyev bildirib ki, bu gün burada Helsinki prinsiplərinin pozulması müzakirə edilir və onun gələcəkdə pozulmaması ilə bağlı çağırışlar edilir. Ukrayna böhranının ölkənin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu deyən A.Quliyev qeyd edib ki, bu gün ATƏT regionunda ərazi bütövlüyünün pozulması halları digər ölkələrdə də mövcuddur və ciddi narahatçılıq doğurur:

"Gələn il Helsinki Yekun Aktının qəbul olunmasının 40 illik yubleyi qeyd olunacaq. Biz bu yubleyə hansı uğurlarla və müsbət nəticələrlə gedirik? Bu 40 il müddətində Helsinki Yekun Aktı bizə nə verdi? Təəssüflər olsun ki, bu barədə müsbət heç nə deyə bilməyəcəyik. Bu gün artıq konkret addımlar atmaq üçün vaxt yetişib. Gəlin bunu edək. Bu məqsədlə biz Helsinki Yekun Aktının 40 illiyi ilə əlaqədar Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünün pozulması ilə bağlı tutarlı bir hesabat hazırlayaq və bura təcrübəli, peşəkar insanları cəlb edək". A.Quliyev deyib ki, əgər belə bir sənədi hazırlanmış olsa, Helsinki Yekun Aktının 40 illik yubleyinə əli dolu getmək və bu işə bir töhfə vermək olar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO