Moderator.az Müsavat.com saytına istinadən bildirir ki, bu gündən etibarən Müsavat Partiyasının rəsmi saytı (musavat.org.az) fəaliyyətə başlayıb. Saytda partiyanın tarixi, strukturu, ünvanı barədə məlumatlar yerləşdirilib. Səhifədə Müsavat Partiyasının fəaliyyəti haqda gündəlik məlumat yerləşdiriləcək xəbər lenti, foto-video bölməsi və kitabxana bölməsi var.






































































































