Müxalifətin ünvanına qeyri-etik və təhqir dolu ifadələr işlətməklə deputat mandatı ilə mükafatlandırılmış Etibar Hüseynli Qarabağlıların və bütövlükdə məcburi köçkünlərin ünvanına səsləndirdiyi fikirlərə görə cəmiyyətin ciddi təpkisini alıb. İnsanlar onun bu yaramaz açıqlamasına etiraz püskürürlər və hətta deputat mandatından məhrum edilməsi üçün imzatoplma kampaniyasına başlanıldığı da iddia olunur.
Əslən
Kəlbəcərdən olan tanınmış vəkil Bəhruz Bayramov da Moderator.az-a zəng vuraraq
Etibar Hüseynliyə hədsiz qəzəbli olduğunu bildirib və deputatın qabırğasına bir
düjün layiq olduğu fikirlər səsləndirib. Təbii ki, onun fikirlərini redaktə etməyə
məcburuq və ixtisarla onun deputata demək istədiklərini təqdim edirik:
“O
başından böyük sözlər danışaraq həm qanunlarımız, həm Allah qarşısında böyük qəbahət
işlədib. Mən hesab edirəm ki, ölkə prezidenti və “Qaçqınkom” sədri onu
qarabağlılardan və bütövlükdə öz yurd-yuvasından didərgin salınmış milyonlarla
soydaşlarımızdan üzr istəməyə məcbur etməli və deputat mandatından məhrum edilməlidir.
Onun fikirləri Əkrəm Əylislinin “Daş yuxular”ından daha təhqiramiz və daş-qalaq
olunasıdır:
“Hər
şeyimizi itirmişdik, bircə ar-namus qalmışdı hərraca çıxarılmayan. O bildirir
ki, qaçqınlar Bakıya gəldikdən sonra fahişəlik artıb, mənsə şəxsən Etibar
Hüseynliyə bildirirəm ki, o Bakıya gəldikdən sonra kişi fahişələrinin sayı artdı.
Ondan soruşmaq istərdim, sən nə təhər, hansı üzlə kişi kimi evinə gedib arvad-uşağının
qarşısına çıxa bilirsən? Sən də o mandatı kişi kimi deyil, elə fahişəliklə
qazanmısan. Kişi də o cür çörək apararmı arvad-uşağına?”






































































































