İTV-nin 5 aparıcısı işdən çıxarıldı

İTV-nin 5 aparıcısı işdən çıxarıldı

Hazırda oxunan: İTV-nin 5 aparıcısı işdən çıxarıldı

42453
İctimai Televiziyanın daha beş əməkdaşı işdən azad olunub. 

Onlar əsasən İnformasiya departamentinin əməkdaşlarıdır. İşdən çıxarılanlardan hələlik 3-nün adını dəqiqləşdirmək mümkün olub:

1. Tamella Şirinova ”“ aparıcı

2. Səlminə Ələkbərli ”“ aparıcı

3. Şakir Qurbanov ”“ radio aparıcı

AzNews.az-ın əməkdaşı işdən çıxarılanlarla əlaqə saxlayıb. Tamella Şirinova hələlik bu barədə danışmaq istəməyib: “İndiki məqamda heç nə danışmaq istəmirəm. Sonra danışarıq”.

Səlminə Ələkbərli isə İTV-dən çıxdığını təsdiqləyib və deyib ki, bununla bağlı ərizəni ötən gün yazıb: “Artıq bu gündən İTV-yə işə çıxmıram”.

İnformasiya departamentinin rəhbəri Mehparə Quliyeva isə xəbəri nə təsdiq, nə də təkzib edib: “Mənim bu barədə dəqiq məlumatım yoxdu. Yalnız onu deyə bilərəm ki, bir departament rəhbəri kimi istəməzdim, yaxşı işçiləri İTV-dən uzaqlaşdırsınlar”. 

“Əgər yaxşı işçidilərsə, niyə uzaqlaşdırılırlar” sualına isə belə cavab verib: “Onu məndən soruşmayın. Onu həmin işçiləri çıxaran adamdan soruşun. Departament rəhbəri kimisə işdən çıxarmır”.

Qeyd edək ki, həmin şəxslərin işdən uzaqlaşdırılmasına səbəb kimi müqavilə müddətlərinin bitməsi göstərilir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO