Kəlbəcər Prokurorluğu korrupsioneri müdafiə edərək İstintaqı qərəzli aparıb
Ötən il “Kəlbəcərli qıza seks təklif edən məmur prokurorluğa çağrıldı və onun saxta diplom düzəltməsi iddiası ilə bağlı araşdırma başlayıb" başlıqda yazı dərc etmişdik.
“Bizim Yol” qəzetinin 21.08.2013-cü il sayında Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovun rayon sakini Fərqanə Ələkbərovaya saxta diplom düzəltməsi və həmin diplomla bir müddət onu müəllim kimi işlətməsi barədə ilginc fakt dərc edilmişdir. Xatirladaq ki, F.Ələkbərova ötən il təshil müdiri Məhəmməd Bağırovdan şikayyət edərək, onu aldatması və gələcək həyatını korladığı barədə video müsahibə verib.
Onu da qeyd edək ki, bu ilk dəfə Avropa.info saytında və daha sonra ölkənin müxtəlif KİV-lərində yayımlanan bu video müsahibəsində Fərqanə Ələkbərova Məhəmməd Bağırovun ona müəyyən şərtlər müqabilində saxta diplom, Bakı şəhərində ev, maşın alacağını bildirib. Müsahibəsində Fərqanə Ələkbərova təhsil müdirinin verdiyi vədlərin içində ancaq ona saxta diplom alıb: “Mənə Müəllimlər Institutundan saxta diplom düzəltdi. Mənə dedi ki, sənə həyatda nə desən, nə istəsən edəcəm. Özüm də səni ərə verəcəm. Mənim adımı batırdı. Insanlar içinə çıxa bilmirdim. Ailə qura bilmirəm. Valideyinlərimlə birlikdə Kəlbəcərin icra başçısı Vidadi Məhərrəmovun yanında olduq. Dedi, bu söhbəti danışmayın. Mən bağlayacam. Kəlbəcərin adına ayıbdı deyib, bizə şikayət etməyə imkan vermədi. Vidadi müəllim, imkan vermədi biz ondan şikayət edək”. Bəs görəsən, saxta diplom düzəldən sabiq təhsil müdiri buna görə, məsuliyyətə cəlb olunacaqmı? Kəlbəcər rayon prokuroru Ariz Əliyev qəzetimizə açıqlamasında artıq faktla bağlı araşdırma başlandığını deyib. Onun sözlərinə görə, məlum sənəd jurnalist Ərşad İbrahimli tərəfindən prokurorluğa təqdim edilib: “Artıq araşdırma başlanıb. Məhəmməd Bağırov da prokurorluğa dəvət edilib”.Avropa.info-nun əməkdaşı Ərşad İbrahimov Gəncə Müəllimlər İnstitutunun direktoru Ramiz Məmmədovun imzasıyla Fərqanə Ələkbərovaya verilmiş olan diplom əvəzi arayışı Gəncə şəhər Prokurorluğuna və Kəlbəcər rayon prokuroru Ariz Əliyevə şəxsən özü təqdim etmişdir.Saxta diplom əvəzi arayışla Fərqanə Əlkəbərova Kəlbəcər Təhsil Şöbəsinin Mingəçevirdə yerləşən 53 saylı tam orta məktəbə müəllimə kimi işə qəbul edilərək 8 ay “Ana Dili” və “Həyat Bilgisi”dərslərini tədris etmişdir.Sonradan adı çəkilən məktəbin direktoru F.Ələkbərovanı məktəbdən xaric etmişdir.Təkrarən F.Ələkbərovanı sabiq təhsil şöbəsinin müdirir Məhəmməd Bağırovun göstərişi ilə Göygöldə yerləşən 111 saylı tam orta məktəbə İbtidai sinif müəlliməsi kimi işə qəbul edilmişdir.Hər iki adı çəkilən məktəblərdə saxta diplom əvəzi arayış eləcədə əmrlər Kəlbəcər prokurorluğuna təqdim edilmişdir.Prokurorluq saxta diplom əvəzi arayışı eləcədə 53 saylı tam orta məktəbin əmr kitablarını ekspertizaya göndərəndə qaralanmış əmr yerində Gəncə müəllimlər institutundan alınan saxta diplom əvəzi arayışın nömrəsi və verilmə tarixləri uyğun gəlmişdir.Kəlbəcər prokurorluğunda cinayət məcəlləsinin(CM) 308 və 309-cu maddələri ilə cinayət işi qaldırılsada sonradan istintaq CM-nın 313-cü maddəsinə yəni vəzifə saxtakarlığına tövsif edilmişdir.Hal-hazırda adı çəkilən cinayət işi baxılması üçün Kəlbəcər rayon Məhkəməsinə göndərilmişdir.Prokurorluqda aparılan istintaq araşdırması zamanı cinayət işində adı hallanan 9 ay müəllimə kimi dövlət büdcəsindən əməkhaqqı alan F.Ələkbərovadan eləcədə Gəncə Müəllimlər İnstitutundan saxta diplom əvəzi arayış alan sabiq təhsil şöbəsinin müdirini Məhəmməd Bağırovun əməlləri ört-basdır edilmişdir.Onun üçün də Kəlbəcər rayon Prokurorluğundan baxılması üçün Məhkəməyə göndərilmiş olan İtttiham aktı saxtadır.Adları çəkilən F.Ələkbərova Və M. Bağırovu oyundan çıxarmaqla yalnız 53 saylı tam orta məktəbin direktorunu hədəf seçilməsi istintaqın qərəzli getməsini tam sübuta yetirir.Kəlbəcər rayon Məhkəməsinin baxışında olan hələdə məhkəmə tərəfindən qərar qəbul edilməyən cinayət işi yenidən araşdırılmasını təıləb edirik.
Onu da qeyd edək ki, M.Bağırov işində yol verdiyi korrupsiya və qanunsuz əməllərə görə 2-ci dəfədir ki, işdən çıxarılıb.





































































































