"Məni öldürmək istəyirlər" - Əli İnsanovdan sensasion açıqlama

Hazırda oxunan: "Məni öldürmək istəyirlər" - Əli İnsanovdan sensasion açıqlama

41277






Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun şikayətinə baxılıb.

 Əli İnsanov məhkəmə zalında ötən dəfə olduğu kimi bu dəfə də şüşə qəfəs arxasında əyləşdirilib.

Əli İnsanov prosesdəki çıxışı zamanı deyib ki, hakimiyyət əli-qolu bağlı insandan da qorxur. Sabiq nazirin çıxışı zamanı mikrofonun səsi azaldılıb, nəticədə onu eşitmək mümkün olmayıb.

Prosesdə 8 şahid dindirilib. Hesablama Palatasının, Əmlak Məsələləri Dövlət Komitəsinin və Maliyyə Nazirliyinin işçiləri prosesdə şahid qismində ifadə veriblər.

Ə.İnsanovun vəkili isə səhiyyə naziri Oqtay Şirəliyevin və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun məhkəməyə çağırılması ilə bağlı vəsatət qaldırıb. Hakim vəsatətləri təmin etməyib.   

Ə.İnsanov isə bildirib ki, onu öldürməyə çalışırlar: “Mən nə dövlət çevrilişinə cəhd etməmişəm, nə də korrupsiya ilə məşğul olmamışam. Bunların hamısı qondarma ittihamlardır”.

Məhkəmə prosesi fevralın 14-dək təxirə salınıb./virtualaz.orq/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO