"Azərbaycan Albert Aqarunova öz övladı kimi layiq olduğu qiyməti verib"

Hazırda oxunan: "Azərbaycan Albert Aqarunova öz övladı kimi layiq olduğu qiyməti verib"

41153
 Parlamentin yaz sessiyasının fevralın 3-də keçirilən ilk iclasında çıxış edən yəhudi əsilli deputat Yevda Abramov şəhid Milli Qəhrəman Albert Aqarunov barəsində bir müddət öncə sosial şəbəkələrdə və bəzi media orqanlarında yazı yazanları "nadürsüt" və "dələduz" adlandırdı.
Xatırladaq ki, yəhudi əsilli Albert Aqarunov birinci Qarabağ savaşında qəhrəmancasına həlak olarq ölümündən sonra bu ada layiq görülsə də son vaxtlar onun haqqında xoşagəlməz yazılar yazılmışdı və iddia olunmuşdu ki, yəhudidən şəhid olmaz və ona verilən bu ad guya saxta olub.
"Hərbi Jurnalistlər" İctimai Birliyinin rəhbəri Üzeyir Cəfərov Moderator.az-a açıqlamasında yəhudi əsilli deputatın fikirlərini şərh edib: 

"Parlamentin yaz sessiyasının ilk iclasında çıxış edən yəhudi əsilli deputat Yevda Abramovun səsləndirdiyi fikirlərin müəyyən qismini mən də qəbul edirəm, amma onun bəzi sərt ifadələri ilə qətiyyən razı deyiləm. Bəli, bir müddət bundan əvvəl sosial şəbəkələrdə və bəzi media orqanlarında  birinci Qarabağ savaşında qəhrəmancasına həlak olaraq Milli Qəhrəman adına layiq görülən tankçı Albert Aqarunovla bağlı bəzi sərt ifadələrlə mən də tanışam və əsla o fikirdə deyiləm ki bu bütövlükdə Azərbaycan cəmiyyətinin fikri və ya münasibətidir. Yevda müəllim özü də gözəl anlayır ki, sosial şəbəkələr elə bir yerdir ki burda hər cür fikirlərə və bəzən də həqiqətdən uzaq olan faktlara da rast gəlmək mümkündür. Həmin qəhrəmanımızla bağlı isə onu demək istəyirəm ki, o da Azərbaycanın 20 minə yaxın həlak olmuş Vətən övladlarından biridir və Azərbaycan da ona öz doğma övladı kimi layiq olduğu qiyməti verib. Bununla da məsələyə nöqtə qoymaq olar və hesab edirəm ki, lazımdır. O ki, qaldı onun ruhunu narahat edən ifadələrin işlədilməsi, onun milliyyəti barədə səslənən müxtəlif fikirlərə, hesab edirəm ki, hər yerdə olduğu kimi sosial  şəbəkədə, o cümlədən  mediada da adamlar tapılır ki, qəsdən və bəzən də məqsədli şəkildə ikitərəfli münasibətlərə xələl gətirən hərəkətlərə yol açsınlar. Millət vəkili kimi Yevda Abramov bunları bilməmiş deyil və özü də bilməyərəkdən yəqin ki, bu məsələni MM-in tribunasından səsləndirərək bir növ bu məkrli məqsədləri qarşısına qoyan şəxslərə hardasa kömək etmiş olur. İndi Yevda müəllimin guya bu hadisədən az qala bütün İsrail dövlətinin, Knessetin və daha kimlərin narahat olmasını dilə gətirməsi isə, hesab edirəm həqiqətə uyğun deyil və bu millət vəkilinin fantaziyasının məhsuludur. Və belə çıxışlar Azərbaycan adlı dövlətin imicinə xələl gətirir. Bu gün əgər torpaqlarımızı işğal altında saxlayan Ermənistanın erməni millətindən olan 25-30 min insan sərbəst şəkildə ölkəmizdə yaşayırsa, onları heç kim təhqir etmirsə, bir 2-3 nəfərin sosial şəbəkədə, bəzi azsaylı media orqanlarında  Azərbaycanın igid oğullarından biri olmuş və ən yüksək ada layiq görülmüş Albert Aqarunovla bağlı yazdıqları şəxsi fikirlərinə belə yerində olmayan münasibət sərgiləmək, hesab edirəm ki, düzgün deyil və hardasa bir az da zərərlidir."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO