BMT-də Qarabağ müzakirəsi

BMT-də Qarabağ müzakirəsi

Hazırda oxunan: BMT-də Qarabağ müzakirəsi
35911
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzulu iclasında çıxış edib. O, qeyd edib ki, Qarabağ münaqişəsinin həllinə nail olmaq və Azərbaycanla Ermənistan arasında normal münasibətlərin bərqərar edilməsi üçün yeganə vasitə Azərbaycan ərazilərinin işğalına son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, habelə qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun dərhal təmin edilməsidir.

Nazir deyib ki, münaqişənin əvvəlindən İslam Əməkdaşlıq Təşkilatı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında Ermənistanın Azərbaycana qarşı hərəkətlərini təcavüz kimi qiymətləndirib. Onun sözlərinə görə, qətnamələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi silsilə qərarlar beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının Azərbaycan ərazilərinin işğalı məsələsinin nəzərdən keçirməsində həlledici rol oynayıb.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə yer ayıraraq Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə edib. O, münaqişənin ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsinə çağırıb.

28 oktyabr iclasının yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik Şurası sədrinin bəyanatında BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanıb və onun gücləndirilməsinin vacibliyi qeyd edilib. Bəyanatda münaqişələrin BMT nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO