Son günlər Rusiyada baş verən hadisələr ölkəmizdə həyəcanla izlənməkdədir. Rusiyada adam ölümümdə ittiham olunan həmyerlimizə qarşı edilən fiziki işgəncələr cəmiyyəti tərəfindən birmənalı qarşılanmadı. Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları dəfələrlə bu ölkəyə qazanc dalınca getmiş həmyerlilərimizə qarşı bu kimi hərəkətlərə yol verib. Maraqlıdır, ölkəmiz Rusiyanın Azərbaycana qarşı yürütdüyü bu aqressiv siyasəti qarşısında hansı addımı atmalıdır?Moderator.az-a açıqlama verən politoloq Natiq Mirinin sözlərinə görə, Rusiya nəinki Azərbaycana, əksər postsovet ölkələrinə bərabər hüquqlu dövlət kimi yanaşmır:“Rusiya keçmiş ittifaq ölkələrini hələ də özünün “arxa baxğça”sı hesab edir. Rusiya masa arxasında özünü hər zaman nüvə dövləti kimi aparıb. Onlar elə hesab edirlər ki, Azərbaycan kimi dövlətlər Rusiyanın ətrafında orbit kimi fırlanmalıdırlar. Azərbaycan siyasətçiləri bilməlidir ki, Rusiya ilə əməkdaşlıq etmək istəyən ölkə daima əlində çomağı hazır saxlamalıdır. Ölkəmizin siyasətçiləri və dövlət adamları anlamalıdır ki, Rusiya Azərbaycana öz müstəmləkəsi kimi baxır”.
Xəyal Əzizov




























































































