5 milyon bülleten hazırlanıb

5 milyon bülleten hazırlanıb

Hazırda oxunan: 5 milyon bülleten hazırlanıb

34508
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisin mətbəəsində 9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlanan bülletenlərlə tanış olub. Görülən işlər barədə jurnalistlərə məlumat verən MSK sədri bildirib ki, artıq seçki prosesi finişə yaxınlaşır, mətbəədə bülletenlərin namizədlərin adı ilə vurulmasına başlanılıb: 

“Seçki Məcəlləsin tələbinə görə, bütün məhkəmələr başa çatdıqdan sonra bülletenlərin çapına başlanılmalıdır. Bu gün artıq Ali Məhkəmədə sonuncu proses başa çatıb və ona görə də biz mətbəədə bülletenlərin namizədlərin adı ilə vurulmasına başladıq. Seçkiyə 5 gün qalmışa qədər bülletenlər Dairə Seçki Komissiyalarına çatdırılmalıdır və 3 gün qalmışa qədər yerli Məntəqə Seçki Komissiyalarına çatdırılmalıdır. Mən hesab edirəm kmi, biz oktyabrın 4-ə qədər bu prosesi başa çatdıracağıq və heç bir problem olmayacaq. Birinci gündən biz bülletenlərin paylanmasına başlayacağıq. Proses paralel gedəcək”.

MSK sədri həmçinin onu da bildirib ki, mətbəədə 5 149 255 bülleten hazırlanıb. Artıq birinci gündən MSK paylama işinə başlayacaq. Bülletenlərin çapı və paylanması MSK üzvlərinin, KİV nümayəndələrinin iştirakı ilə olacaq.

MSK sədri həmçinin onu da bildirdi ki, seçici bülletenləri əlinə alarkən rahatlıq hiss etməlidir. Ona görə də bülletenlər optimal ölçüdə və yüksək səviyyədə hazırlanıb. Bununla bağlı hesabatlar aparılır, həm də protokollar paylanacaq.

Hər məntəqəyə 30 nüsxə paylandığını deyən MSK sədri bildirdi ki, əsas protokolun nümunələri də bu mətbəədən veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO