O, “Qafqazinfo”ya açıqlamasında Milli Şuranın vahid namizədi Cəmil Həsənlini seçki məcəlləsini kobud şəkildə pozmaqda ittiham edib: “Dünən prezidentliyə namizəd Cəmil Həsənli Seçki Məcəlləsini kobud şəkildə pozaraq digər namizədə qarşı heç bir ədəb-ərkana, adət-ənənəyə sığmayan ifadələr işlətdi. Saxta sənədlərlə, “Azadlıq”, “Yeni Müsavat” kimi qəzetlərin uydurmalarına əsaslanan, erməni lobbisinin fikirlərini əhatə etdi. Bütün bunlar qanuna ziddir. Bu barədə Mərkəzi Seçki Komissiyasına müraciət edəcəyik”.
Siyavuş Novruzov Müasir Müsavat Partiyasından namizədliyini irəli sürən Hafiz Hacıyevin davranışını isə şərh etməyərək bunu Cəmil Həsənli ilə öz aralarında aydınlaşdırmalı olduqlarını deyib: “Bizim səlahiyyətli nümayəndəmizin, namizədimizin ünvanına heç bir halda təhqiramiz ifadələr işlədilə bilməz. Lakin bizim namizədimizin səlahiyyətli nümayəndəsi təhqir olundu. Bu isə Seçki Məcəlləsinə ziddir. Biz qanunuyğun şəkildə tədbir görəcəyik”.







































































































