Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

Hazırda oxunan: Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

619936

İsrail və HƏMAS qruplaşması arasında atəşkəs rejiminin əldə olunmasından sonrakı səkkiz ay ərzində İsrailin əməliyyatları nəticəsində 1005 fələstinli həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Qəzza zolağının Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
 

Qurumun məlumatına görə, anklavda demək olar ki, hər gün hava zərbələri, həmçinin Qəzza ərazisini İsrailin və Fələstin strukturlarının nəzarət zonalarına ayıran delimitasiya xətti boyunca artilleriya atəşləri və atışmalar qeydə alınır.


Ən son ölüm halları İsrail pilotsuz uçuş aparatlarının bir neçə gün ərzində Qəzzanın mərkəzi rayonlarına və Qəzza şəhərinə endirdiyi bir sıra zərbələrdən sonra qeydə alınıb.

Nazirlik iddia edir ki, bu hücumlar nəticəsində bir neçə nəfər həlak olub.

Bu həftənin əvvəlində nazirlik İsrail və HƏMAS arasındakı müharibə zamanı həyatını itirənlərin ümumi sayının 73 min nəfəri keçdiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO