Cəmil Həsənlidən Aslan İsmayılova dəstək

Cəmil Həsənlidən Aslan İsmayılova dəstək

Hazırda oxunan: Cəmil Həsənlidən Aslan İsmayılova dəstək

33703

 “Aslan İsmayılov bu ölkədəən intizamlı, ən savadlı, ən təcrübəli vəkillərdən biridir. Onun vəkillik statusunun ləğv edilməsi, hüquq adına, qanun adına bir həqarətdir”. Bu sözləri Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli Aslan İsmayılovun vəkillik fəaliyyətinə xitam verilməsinə münasibət bildirərkən deyib.

Cəmil Həsənliyə görə, Aslan İsmayılov o vəkillərdəndir ki, həmişəəzilənin, haqqı tapdalananın yanında olub: “Hüquqi anlayışlar onun üçün təxminən müqəddəs atributlar kimi bir şeydir. Aslan İsmayılovu tanıyandan bəri onun hüququn əleyhinə getdiyinin şahidi olmamışam. Onun içində haqsızlığa qarşı dözümsüzlük var. Bu dözümsüzlük bəzən gətirib ona çıxardır ki, o, hüquqlarını müdafiə etdiyi adamın problemlərini daxilən yaşayır. Hər vəkildə bunu müşahidə etmək mümkün deyil. Peşəkarlıq baxımından Aslan İsmayılovun həm mükəml hüquq təsili, həm də mükəmməl hüquq təcrübəsi var. Bu da onun məsələlərə hüquq müstəvidən peşəkar yanaşdığının aydın bir ifadəsidir. Hesab edirəm ki, Vəkillər Kollegiyası belə bir iddia ilə çıxış etməklə böyük yanlışlığa, böyük günaha yol verib. Aslan İsmayılov kimi vəkillərin sayı çox deyil. Vəkillər Kollegiyası doğrudan da hüququn aliliyinə dayanan bir kollegiyadırsa onun kimi vəkilin olması ilə fəxr etməliydi, nəinki onunla bağlı vəkillik statusunun ləğvi iddiasını qaldırmalıydı. Biz hüququn, qanunun və sistemin olmadığı bir ölkədə yaşayırıq. Aslan İsmayılovun vəkillik statusunun ləğv edilməsi də hüquqsuzluq və sistemsizliyin aydın bir təzahürüdür”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO