“Erməni probleminin araşdırılması üçün ayrıca institutlar yaradılmalıdır”

“Erməni probleminin araşdırılması üçün ayrıca institutlar yaradılmalıdır”

Hazırda oxunan: “Erməni probleminin araşdırılması üçün ayrıca institutlar yaradılmalıdır”
255126
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son vaxtlar erməni mətbuatı 1990-cı ilin yanvarında guya Bakıda ermənilərin hədəf seçildiyi, onların öldürüldüyü, zorakılığa məruz qalması ilə bağlı məqalələr yayır. 20 Yanvar faciəsi Bakıda ermənilərin yaşadığı faciə kimi təqdim edilir. Bilmək istərdik ki, sizcə ermənilərin 20 Yanvar faciəsini də özününküləşdirməsi, bunu ermənilərin faciəsi kimi təqdim etməsi, baş verənlərə görə azərbaycanlıları ittiham etməsi erməni yalanına qarşı daha effektiv mübarizənin mövcudluğunu zəruri etmirmi?

Moderator.az-a açıqlama verən BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli bu istiqamətdə daha ciddi işlər görməyin vacibliyinə diqqət çəkdi:

“Ermənilər hər sahədə uduzduğu kimi, bu sahədə də uduzurlar. Buna görə də nəyə desən gedirlər. Bizim ən böyük faciəmiz onda oldu ki, böyrümüzdə Rusiya adlı bir imperiya yarandı. Bu imperiya torpaqlarımızda bu ermənilərin himayəçisi rolunda çıxış edərək, başımıza gələn bütün bəlaların kökünü qoydu. Bu gün də himayə edir. O zaman A.Qriboyedov Rusiya çarına yazırdı ki, bu ermənilərin Rusiya imperiyasında yerləşdirilməsinə imkan verməyin. Çünki üç ay bir yerdə yaşayan kimi həmin yerlərə tarixi əraziləri kimi baxırlar. İndi gələk “20 yanvar” məsələsinə...

Bu gün bütün dünya bunun nədən baş verdiyini bilir və qəbul edir ki, Azərbaycan haqq uğrunda küçələrə çıxmışdı ki,erməni terroristlərinin Dağlıq Qarabağda törətdiklərinin qarşısının alınmasını Moskvadan tələb edirdi. Moskva isə həmişəki kimi onları dəstəkləyirdi. Moskava onlara verdiyi plan əsasında hərəkət edirdilər. Eynən 1905-ci ildə olduğu kimi... Ermənilər həmin ərəfədə Bakıda iki azərbaycanlını qətlə yetirdilər ki, istədiklərinə nail olsunlar. Bu murdarlar həmişə eyni planla hərəkət ediblər. Bu gün uduzan bu murdarlar artıq parlament səviyyəsində vəziyyətdən çıxmağa çalışırlar.

Biz nə etməliyik? Təbii ki, işlər gedir. Amma daha da gücləndirmək lazımdır. Bütün rayonlarda “20 Yanvar", "Soyqırım” abidələri ucaldılmalıdır. İnsanlar bunu hər gün görməlidirlər. Azərbaycan xaricdə bu istiqamətdə fəaliyyəti daha da artırmalıdırlar. Azərbaycan efir məkanında bu istiqamətdə daima verilişlər verilməli, filmlər çəkilməlidir. Biz bunların simasını daha dərindən tanıtmalıyıq.

Bu gün onlar elektron resurslarında bizi udurlar. Yalan-yalan informasiyalar yayırlar. Bəs biz? Bizdə bu istiqamətdə ardıcıl siyasət yürüdülməlidir. Təsəvvür edin ki, on ildə onlar elektron vasitələrində dörd milyon məqalə və kitab yaydıqları halda, bizimkilər isə dörd min yayımlamışdır. Bu, çox azdır. Bu istiqamətdə strateji xətt həyata keçirilməlidir. Bizdə bu sahə ilə bağlı ayrıca institutlar yaradılmalıdır. İran-erməni, Rusiya-erməni, Avropa-erməni, ABŞ-erməni münasibətləri dərindən araşdırılmalıdır. Eyni zamanda, Osmanlı imperiyasında, Qacar İmperiyası zamanı ermənilərə verilən güzəştlərin kökündə nələrin dayandığı dərindən öyrənilmədir. Göstərilməlidir ki, biz onlara hər cür şəarit yaratdıq. Onlara insan kimi baxdıq. Bu məxluqlar isə bizə qarşı bu cür nankorluq etdilər. Bu nakorlara yerini göstərmək lazımdır. Bunun üçün çox çalışmalıyıq”.

xa0

Seymur ƏLİYEV

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO