“Rusiya bu krediti Ermənistana verməyə bilməzdi, çünki...”

“Rusiya bu krediti Ermənistana verməyə bilməzdi, çünki...”

Hazırda oxunan: “Rusiya bu krediti Ermənistana verməyə bilməzdi, çünki...”
233875
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu günlərdə Rusiya Ermənistana kredit əsnasında 200 milyon dollar məbləğində silah verib.

Maraqlıdır, Kremlin bu adımı Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu ölkənin Rusiya üçün önəminin dəyişilməz olaraq qaldığının təsdiqi hesab edilə bilərmi?

Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin və Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbərixa0Elxan Şahinoğlu, Rusiyanın məlum kreditlə bağlı müqaviləni indi deyil, Sərkisyan hakimiyyəti dönəmində bağladığına diqqət çəkdi:

“Mənim Rusiyanın bölgə siyasətinə, Ermənistanla ittifaqına münasibətim mənfidir. Ancaq son hadisə ilə bağlı obyektivlik naminə onu demək lazımdır ki, Rusiya kreditin sonuncu hissəsini verməyə bilməzdi. Çünki bu kredit müqaviləsi Sərkisyanın dönəmində imzalanmışdı.

Belə bir müqavilənin Paşinyanla imzalanması gündəmə gəlsəydi, bəlkə də Moskva çox asanlıqla bundan imtina edər, Paşinyana bu krediti verməzdi. Çünki Paşinyanın son addımları Moskvada müəyyən suallar doğurur. Ermənistanın müdafiə naziri də bəyan etdi ki, ölkələrində sərhədlərin qorunması ilə məşğul olan rus qoşunlarının statusuna yenidən baxa bilərlər. Bu da Rusiyadakı müəyyən dairələrin xoşuna gəlmədi. Bu günlərdə Ermənistana verilən silahlar isə sonuncu kreditin sonuncu hissəsi idi. Lakin bu gün mənim üçün də maraqlı olan budur ki, Moskva Paşinyanın narahatlıq doğuran açıqlamalarından sonra, Ermənistana silah almaq üçün kredit imkanı yaradarmı? Bu, mənim üçün çox böyük sualdır. Moskva öz vassalına o zaman belə bir kredit ayıra bilər ki, o, Moskvanın dediyini desin. Amma Paşinyan son zamanlar müstəqil oyun aparmağa çalışır.

Onu da untumaq olmaz ki, Azərbaycan silahlanmaya milyardlarla dollar vəsait ayırır. Odur ki, 200 milyon dollarlıq bu kredit Ermənistanla ölkəmiz arasındakı böyük balans fərqini qarşı tərəfin xeyrinə dəyişəcək deyil”.

xa0

Seymur ƏLİYEV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO