
- A-
- A
- A+
Повестка дня
14:37 / 26.09.2017
2 dəq oxunma
Erməniləri çox narahat edən Azərbaycan silahı...
Hazırda oxunan: Erməniləri çox narahat edən Azərbaycan silahı...
193097
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İrəvanda çox narahatdırlar ki, Bakı yeni silahlar almağa çox vəsait xərcləyir. Bu ölkənin hakimiyyəti düşünür ki, bu, boş yerə xərclənən pullardır.
Söhbət İsrailin “Dəmir Qübbə”x9d adlı havadan müdafiə kompleksindən gedir. Erməni ekspertlərin fikrincə, bu İsrail texnologiyası “İskəndər”x9d raketlərinin qarşısını ala bilməz, guya Ermənistanda bu raketdən var.
Bu raket dueli harda olub, bu silahları kim yoxlayıb? Heç nə deyilmir. Sən demə, özünü şərhçi adlandıran hansısa Nersesyan hesab edir ki, Azərbaycan boş yerə bu texnikaya pul xərcləyir.
Sonra elə bu strateq Nersesyan danışıb ki, “Dəmir qübbə”x9d kompleksi “İsgəndər”x9dləri saxlaya bilməz. Sonra pafosla erməni “İsgəndər”x9dlərinin Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinə necə zərbələr vuracağından danışır. Sonra o qərara gəlir ki, “İsgəndər”x9dlərə toxunmaq lazım deyil. Başqa marka raketlərdən zərbə vurmaq yetərlidir. Hansı marka raketlər, o dəqiq demir.
Keçən ilin aprel ayında Ermənistan ordusu Azərbaycan əsgərinin qarşısında sınanda heç bir raket ermənilərə yardım etmədi. Yalnız Moskvanın xahişi Azərbaycan ordusunu dayandırdı.
“İskəndər”x9dlərə gəldikdə isə, Ermənistan ərazisində onlardan var. Amma onlar erməni hərbçilərinin yox, Rusiya hərbçilərinin nəzarətindədir. Bu, aydındır. Bu cür oyuncaqlarla peşəkarlıqla davranmaq lazımdır. Müttəfiqləri də ermənilərə heç cür etibar etmirlər. Rusiya rəhbərliyi buna dəfələrlə əmin olub. Yəni erməni mətbuatı öz oxucularının başını xarab edib bizim pullarımızı saymasın. Bizim pulumuz var.
Amma dövlət borcu 60 fazi keçən Ermənistan artıq defolta yaxınlaşır.(istipress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































