Hacı Qalib ölkəni tərk etməsi ilə bağlı -

Hacı Qalib ölkəni tərk etməsi ilə bağlı -"Heç nədən qorxan adam deyiləm”x9d

Hazırda oxunan: Hacı Qalib ölkəni tərk etməsi ilə bağlı -"Heç nədən qorxan adam deyiləm”x9d

192631
“Mütəllibovun dövründə mənə 6 güllə dəyib. Elçibəyin dövründə 7 ay həbsdə yatmışam. İndi deyirlər ki, ölkədən qaçmışam?! Qorxaq adamları sevmirəm. Heç nədən də qorxan adam deyiləm”x9d.

Bunu keçmiş deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadə ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

Qalib Salahzadə son zamanlar mətbuata verdiyi açıqlamalarla bağlı da danışıb.

“Bu günlərdə məni Kəbəyə qonaq çağırıblar. Müəyyən səbəblərə görə gedə bilmirəm. Oğlumun həbs məsələsinə başım qarışıb. Bu aralar çıxıb getsəm, deyəcəklər ki, ölkədən qaçıb. Son hadisələrdən çıxış edərək deyə bilərəm ki, şeyxlə dostluğumuz uzun illərə gedib çıxır. Şeyxlə quda olmazdan öncə, möhkəm dost idik. Ona görə də şeyxlə ciddi xa0problemim yoxdur. Haqqımda ürəkləri istəyəni danışanlar görünür, ya bizim dostluğumuzdan xəbərsizdirlər, xa0ya da bilərəkdən danışırlar. Mənim şeyxlə nə problemim ola bilər ki?! Heç vaxt şeyxlə münasibətim pis olmayıb və olmayacaq da”x9d.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Hacı Qalib Salahzadə şeyxin oğlu Məhəmməd Paşazadənin ölkəni tərk etməsi barədə mətbuata açıqlama vermişdi.(Modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO