Döyülməkdən huşunu itirən, dağıntılar arasından sağ çıxan Ömər Faiq-   Maarifçinin əzabları

Döyülməkdən huşunu itirən, dağıntılar arasından sağ çıxan Ömər Faiq- Maarifçinin əzabları

Hazırda oxunan: Döyülməkdən huşunu itirən, dağıntılar arasından sağ çıxan Ömər Faiq- Maarifçinin əzabları
185418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol



İyulun 22-də Azərbaycanda milli mətbuatın yaranmasının 142-ci ili tamam olur. 1875-ci ilin bu günündə dövrün mütərəqqi fikirli ziyalısı Həsən bəy Zərdabi xa0böyük çətinliklər hesabına “Əkinçi”x9d qəzetini çap etdirdi. Həmin tarix Azərbaycan mətbuat tarixinin yaranma günü kimi qeyd olunur. Azərbaycanın maarifçilik tarixinin ən parlaq çağları xa0bu dövrdən başlanır. XIX əsrin sonları Azərbaycan mətbuat tarixinin parlaq dövrü sayılan XX əsrin əvvəlləri (1900-1918-ci illər) üçün hazırlıq mərhələsi rolunu oynadı.xa0

Moderator.az xa0milli mətbuatımızın 142 illiyinə həsr etdiyi yazılar silsiləsində bu dəfə görkəmli maarifçi, Mirzə Cəlilin əsas silahdaşı olan Ömər Faiq Nemanzadədən, daha doğrusu, onun həyatında baş verən iki dəhşətdən danışacaq:

Image

Ömər Faiq xa01872-ci ildə Ahıska qəzasının Azqur kəndində anadan olub.
1896-cı ilin yazında xəstəliyi ilə əlaqədar Ömər Gəncəyə, oradan da Hacıkəndə gedir. Daha sonra 1896-1898-ci illərdə Abastumanda və Azğurda yaşayır. Ahıskada milli məktəb açmaq fikrinə düşən Ömər Tiflis maarif müdirinə ərizə yazıb ”“ ondan: "Lazımsa, şkolada (məktəbdə) oxudun, ayrıca türk məktəbi olmaz" cavabını alır.

Sağaldıqdan sonra xa0 1898-ci ildən 1900-cü ilə kimi Şəkidə came məktəbində müəllim işləyir. Orada dini dərslərin tədrisini azaltmaqla hesab, coğrafiya, tarix və dil fənlərini tədris edir. 1900-cu ildə Ömər Faiq ictimai həyatda fəal məşğul olmaq üçün Bakıya gəlir.

Bakı şəhərində milli məktəblərin yox dərəcəsində olduğunu, müsəlman xalqının acınacaqlı bir şəkildə yaşamasını görən Ömər Faiq "Əgər Tağıyevin açdığı qız məktəbini görməsəydim Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim" deyir.

Ömər Faiq xa0daha sonra Bakıdan Şamaxıya gəlir. Elə danışacağımız əhvalatlardan biri də Şamaxıdakı dəhşətli zəlzələyə (1902) təsadüf edir. xa0xa0

Related

Amma əvvəlcə birincisindən başlayaq: İstanbulun “Dar-üş şəfəq”x9d məktəbində oxuyan zaman tələbə dostları ilə birgə üsul-idarəyə qarşı qaldırdığı qiyam olub. Belə ki, başqa tələbələrlə birgə onu da həbs edib şallaqlayırlar. 30 şallaqdan sonra huşunu itirən Öməri sonra elə o məktəbin həyətində zirzəmilərdə hazırlanmış təkadamlıq kameraya salırlar. Həmin kameranın yalnız yuxarısında çox kiçik bir nəfəslik olub ki, ordan da gündə bir dəfə para çörək və su verirlərmiş. O illəri Nemanzadə bu cür xatırlayır:
“ O zaman mənim payıma 30 zopa ilə, bir ay həbs düşdü. Zopalardan sonra yarım saata qədər olduğum yerdən qalxa bilmədim. Qalxandan sonra isə düz həbsə göndərildim. Bu həbs yadıma gələndə indi də diksinirəm.
Bu həbsxanaya döşək nədir, adicə həsir belə qoymazdılar. Buradakılar çörək nədir bilməz, adicə quru çörəyə belə, həsrət çəkərdilər. İşıq deyilən şey görünməzdi. Gecə ilə gündüz bilinməzdi. Bir aydan sonra oradan çıxdım. Zəiflikdən gəzə bilmirdim. 2 aya qədər xəstəxanada yatdım.

Image

İki-üç ay qalıb sağ çıxan yoldaşlarımı isə tanımaq olmurdu. Çoxunun vücudu ərimiş, qurumuşdu”x9d.
İkinci faciəvi səhnə isə 1902-ci ildə baş verən Şamaxı zəlzələsi ilə bağlıdır. O zaman Şamaxıda müəllim işləyən Ömər Faiq elə dərs deyən zaman zəlzələ baş verir. O, tikililərin altında axşama qədər huşsuz vəziyyətdə qalır. Axşam uşaqlarını aparmağa gələn valideyinlər yalnız saçlarından qalıqların altında adam olduğunu görüb onu dartıb çıxarırlar. O zaman Ömər Faiq dəhşətli susuzluq və ağrı içində olubmuş. Hətta başındakı qanını barmaqlarına vurub dodaqlarına çəkirmiş. O zaman gələcəyin Cumhuriyyət rəsmisi olacaq bacısı oğlu Əhməd Pepinov və anası da onun himayəsində idi. Şamaxıdakı zəlzələdən sonra ailəsini və bacısının ailəsini (Əhməd Pepinovun anasını) götürüb dolanmaq üçün Tiflisə gedir. Məhz ondan sonra Ömər Faiqin Ömər Faiq Nemanzadə illəri başlayır.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO