Roma Papası Azərbaycana səfərinin səbəblərini açıqlayıb

Roma Papası Azərbaycana səfərinin səbəblərini açıqlayıb

Hazırda oxunan: Roma Papası Azərbaycana səfərinin səbəblərini açıqlayıb

142960
Roma Papası Fransisk sentyabrın 30-dan oktyabrın 2-dək Gürcüstan və Azərbaycana səfər edəcək.

Bu barədə Papa Fransisk Vatikandakı çıxışı zamanı bildirib.

O, bu ölkələrə səfər etmək dəvətini iki səbəbdən qəbul etdiyini vurğulayıb.

“Birincisi, bu torpaqlarda mövcud olan qədim xristian köklərinin dəyəridir. Bu, həmişə digər dinlər və mədəniyyətlərlə dialoq ruhudur”x9d, - deyən Roma Papası ikinci səbəb kimi sülhə ümid və yollarının təşviqini göstərib.

“Tarix bizi sülh yolunun böyük əzm və kiçikdən başlayaraq tədricən böyüyən, bir-birinə güzəştə gedən daimi addımlar tələb etdiyini öyrədir. Bu səbəbdən arzum hər kəsin barışığa öz töhfəsini verməsidir”x9d, - pontifik bildirib. 

Xatırladaq ki, iyunun 24-26-da Roma Papası Ermənistanda səfərdə olub.( Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO