Cəbhədə şiddətli döyüş gedir -Düşmən qaçır

Cəbhədə şiddətli döyüş gedir -Düşmən qaçır

Hazırda oxunan: Cəbhədə şiddətli döyüş gedir -Düşmən qaçır

129788
Erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik, hələ də, davam edir.

Ermənistanın kütləvi informasiya vasitələrində və xüsusilə də sosial şəbəkələrdə "Azərbaycanın cəbhə bölgəsinə yaxın kəndlərindən əhali çıxarılır, sakinlər yaşayış məntəqələrini təşviş içində tərk edirlər" tipli dezinformasiyalar, yalanlar yayılır.

Tərtər və Füzuli rayonunu sakinləri bu xəbərlərin yalan olduğunu, heç bir təşvişin yaşanmadığını deyiblər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı milli.az-ın sorğusunu belə cavablayıb: "Təşviş yoxdur. Silahlı qüvvələrimiz öz mövqelirəndən bir addım da geri çəkilmirlər. Əksinə, ordumuz sərəncamında olan silah və texnika ilə düşmənə layiqli cavab verir. Düşmənə elə güclü zərbələr vurulur ki, onlar mövqelərini qoyub qaçırlar. Hazırda düşmən sıralarında pərakəndəlik, qorxu və təşviş müşahidə olunur. Cavab zərbələri nəticəsində ermənilərin sıralarında ölənlər və yaralıların olduğu istisna edilmir. 

Cəbhənin müəyyən istiqamətlərində şiddətli döyüşlər gedir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO