
- A-
- A
- A+
Повестка дня
10:45 / 01.04.2016
1 dəq oxunma
Azərbaycan və Türkiyədə terror törətməyi planlaşdıranların fotoları yayılıb
Hazırda oxunan: Azərbaycan və Türkiyədə terror törətməyi planlaşdıranların fotoları yayılıb
129553
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Aralarında Rusiya vətəndaşı İsa Tupolovun (azərbaycanlıdır) da olduğu terrorçu İŞİD qruplaşmasının 5 silahlısının fotosu Türkiyənin bütün təhlkükəsizlik qurumlarına göndərilib.
Bu haqda "Habertürk" məlumat yayıb.
Məlumata görə, onlardan biri cari ilin yanvarında İstanbulda Sultan Əhməd meydanında terror törədən Nabil Fadılın yaxın dostu 35 yaşlı Raşıd Alabdalah Algagandır. Digəri 32 yaşlı Abu Ayman At-Maghribindir. Onun ABŞ pasportu var, kod adı "Darvan əl-Haymar"dır.
Dördüncü terrorçu-kamikadze Furkan Ürkməz yeniyetmə yaşındadır. O, 2015-ci ilin yayından öldürüldüyü ehtimal edilən İŞİD silahlısı Muhammed Ürkməzin qardaşıdır. Furkan Ürkməz bu il martın 6-da Suriyaya keçib.
Beşinci terrorçunun adı isə Hasan Hüseyn Uğurdur. O, "WhatsApp"la "Şəhidlik sırası bizdə" mesajını paylaşıb.
Xəbərdə bildirilib ki, terrorçuların hamısı hazırda Suriya ərazisindədir. Məlumata görə, onlar Türkiyə və Azərbaycan ərazisində terror törətməyi planlaşdırırlar. İsa Tupolovun isə hazırda Suriyanın Rai şəhərində olduğu bildirilir. ("Report")
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































