“Azərbaycan Qarabağı bir neçə günə geri ala bilər...”x9d

“Azərbaycan Qarabağı bir neçə günə geri ala bilər...”x9d

Hazırda oxunan: “Azərbaycan Qarabağı bir neçə günə geri ala bilər...”x9d

125031

2016-ci ilin Dağlıq Qarabağ üçün qiymətli olan ilk iki ayı arxada qaldı. Yaxın Şərq (Suriya) münaqişəsi fonunda Qarabağ məsələsi qlobal güclər üçün indi daha da arxa plana keçirilmiş kimi görünür - hərçənd son vaxtlar istər Rusiya, istərsə də Qərb analitikləri səviyyəsində Qarabağ münaqişəsi zonasında yeni müharibə barədə intensiv xəbərdarlıqlar eşidilməkdədir. 

Bu da təbiidir, çünki hər hansı sülhün alternativi, dondurulan konfliktin qarşılığı müharibədir. Bir sıra təhlilçilərə görə, Dağlıq Qarabağ probleminin aqibəti əslində həm də Suriyada həll olunur. Daha doğrusu, Rusiyanın Suriya böhranından necə ayrılacağı bilavasitə bu konfliktə də təsirsiz ötüşməyəcək, ona görə ki, məsələdə Moskva hələ də həlledici söz sahibidir. Analitiklər hesab edir ki, sanksiyaların ağır yükü altında olan Rusiya Suriya böhranının siyasi həllinə köməyin qarşılığında Ukrayna və Güney Qafqazda Qərbdən güzəşt qoparmaq niyyətindədir. 

Bir neçə dəfə yazmışıq, bir daha vurğulayaq ki, postsovet məkanındakı Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə problemləri Ukrayna məsələsinin necə yoluna qoyulacağından xeyli dərəcədə asılı olacaq. Bu xüsusda əcnəbi siyasi şərhçilər də zaman-zaman mövzunu diqqət mərkəzinə gətirir, Kremlin “Yaxın xaric”x9dlə, xüsusən də Ukrayna ilə bağlı mümkün planlarından söz açırlar.

***


“Kreml Suriyanı bombardman etməklə Ukrayna üzrə güzəştlərə nail olmaq istəyir”x9d. “Defense News”x9d nəşrinin yazdığına görə, belə bir sensasion açıqlamanı ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Kəşfiyyat İdarəsinin direktoru, general-leytenant Vinsent Stüart verib. Onun əminliyinə görə, Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatların hədəfi beynəlxalq ictimaiyyətin diqqətini Donbas münaqişəsindən yayındırmaqdır. Rusiya aviasiyası tərəfindən Suriyanın bombardman edilməsi beynəlxalq cəmiyyətdən Ukrayna münaqişəsi üzrə güzəştlərin alınması üçün həyata keçirilən “Böyük plan”x9dın bir hissəsidir" - deyib Stüart.
Onun sözlərinə görə, Rusiya Avropanı qorxutmaq məqsədilə qəfil hərbi təlimlərdən istifadə edir. “Bu yaxınlarda qəfildən həyata keçirilən təlimlər həqiqi və təhlükəli idi. Mən təxminən 20 il ərzində çətinlik səviyyəsi bu qədər yüksək olan təlimlər görməmişdim”x9d, - Pentaqonun kəşfiyyat direktoru qeyd edib.

Amerika kəşfiyyatının başçısı həmçinin, gələcəkdə Rusiya qoşunlarının sayca daha az olacağını istisna etmir. Amma onun fikrincə, Rusiya ordusu hərbi əməliyyatlara daha hazır vəziyyətdə olacaq. Ancaq amerikalı general onu da vurğulayıb ki, Rusiyanın yenidən silahlanma proqramı sənaye istehsalının düşməsinə gətirəcək və iqtisadiyyatın durumunu daha da ağırlaşdıracaq.

Rusiyanın iqtisadi durumunun pisləşməsi isə sözsüz ki, onun xarici siyasət kursunun kəsərini də azaldacaq. Çünki güclü xarici siyasətin arxasında bir qayda olaraq, iqtisadi qüdrət dayanır. Söhbət Rusiyadan gedirsə, bu da faktdır ki, Moskva tarixən bənzər hallarda diqqəti daxildən yayındırmaq üçün xarici hərbi avantüralara da əl atıb. Ekspertlərin Qarabağda müharibə xəbərdarlıqlarını yəqin ki, həm də bu kontekstdə ciddiyə almaq lazım gəlir.  
***
Bu arada Rusiya mediası baş nazirin müavini, Rusiya hərbi-sənaye kompleksinin əsas adamı Dmitri Roqozinin təzəcə başa çatan Bakı səfəri ilə bağlı Qarabağ məsələsi kontekstində maraqlı şərhlər verib. 


Məsələn, “Russkaya planeta”x9d dərgisi yazıb ki, 2010-2014-cü il ərzində Rusiya və Azərbaycan 4 milyard dollar məbləğində bir neçə böyük razılaşma imzalayıb. “Bakı silahların geniş spektrini almağa qərar verib: zenit-raket kompleksləri (S-300PMU-2, ”x9dTor-2ME"), özüyeriyən artilleriya quraşdırmaları (“Msta-S”x9d), ağır oqnemyot sistemləri (“TOS-1A”x9d), yaylım atəşinin (“Smerç”x9d) reaktiv sistemləri, tanklar (T-90S), zirehli avtomobillər və təxminən yüzə yaxın döyüş və nəqliyyat vertolyotu. “Global Fire Power”x9d reytinqində Azərbaycan ordusu dünyada 64-cü, Ermənistan ordusu isə 74-cü yerdədir. Ermənistan bütün hərbi göstəricilər üzrə Azərbaycandan xeyli geri qalır. Rusiyanın Azərbaycana hücum silahları satmasına ilk növbədə Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır. Çünki bu silahlanma irimiqyaslı regional müharibəyə səbəb ola bilər" - ardınca portal qeyd edib. 


Nəşr Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi büdcəsindən artıq, hərbi büdcəsindən isə 13 dəfə böyük olduğunu xatırladaraq, vurğulayıb ki, Ermənistanın bərbad gündə olan iqtisadiyyatı ordunun döyüş qabiliyyəti səviyyəsini aşağı salır. “Azərbaycanın ordusunu gücləndirməsi şübhəsiz ki, Qarabağda müharibəyə hazırlıqdır. Azərbaycan ən azından Qarabağı geri qaytarmaq istəyir”x9d- deyə internet portalı yazıb. 

 

Portal bu haqda hərbi ekspertlərin fikirlərini də sitat gətirərək yazıb ki, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin təzyiqi qarşısında dayanmayacaq. “Bakını hücumdan ancaq Rusiya qorxusu çəkindirir. Ancaq Moskvanın Ermənistanı müdafiə etməsi asan olmayacaq. Çünki Ermənistanla birbaşa sərhədi yoxdur. Gürcüstan isə quru qoşunlarına dəhliz verməyəcək. O halda Rusiya ancaq desant əməliyyatları, havadan dəstək və Xəzərdən zərbələrlə kifayətlənməli olacaq. Ancaq bu, vəziyyəti dəyişməyə kömək edəcəkmi? Söyləmək çətindir. Əgər Türkiyə də dəstək versə və Gürcüstan neytral qalsa, Azərbaycan ən azı Qarabağı bir neçə günə tutacaq. Rusiyanın isə variantları çox deyil. Ona görə də indidən Bakıdan qarantiya almaq lazımdır ki, müharibəyə başlamasın. Əks halda, Azərbaycan rus silahları ilə erməniləri öldürəcək”x9d- əlavə edib “Russkaya planeta”x9d.
***
Rusiya mediasındakı şərhlərdən də bir daha qənaət hasil olur ki, postsovet məkanının ən üzücü və dağıdıcı konfliktini olan Qarabağ ixtilafını tarixin arxivinə verməyə ən böyük maneə işğalçı Ermənistan yox, onun arxasında duran Rusiya amilidir. Bu amili hələ ki, hərbi vasitələrlə neytrallaşdırmaq riskli görünür, sülh yolu isə illərdir səmərə vermir. 

Deməli, Azərbaycan yeni və daha uğurlu həll formatları axtarmaq və Moskva ilə münasibətləri normal saxlamaqla yanaşı, öz ərazilərini güc yolu ilə geri almaq üçün əlverişli fürsəti gözləmək zorundadır. İkinci variantın reallaşması üçün ölkəmizin NATO üzvü olan qardaş Türkiyə ilə hərbi sahədə əməkdaşlığı və təcrübə mübadiləsini ilbəil genişləndirməsi xüsusi önəm daşıyır - Rusiya bundan xoşlanmasa da. 

Əslində Bakının Moskvaya son etiraz notasında sonuncuya ünvanlanan əsas mesaj bu idi ki, Rusiya işğalçı Ermənistanı silahlandırdıqca Azərbaycan da Türkiyə ilə hərbi müttəfiqliyini gücləndirəcək. Martın 7-də iki qardaş dövlətin Türkiyədə növbəti birgə təlimləri başlayır...(musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO