Təqaüdçülərin NƏZƏRİNƏ: Pensiyalar bütün ölkə üzrə eyni vaxtda ödənilə bilər

Təqaüdçülərin NƏZƏRİNƏ: Pensiyalar bütün ölkə üzrə eyni vaxtda ödənilə bilər

Hazırda oxunan: Təqaüdçülərin NƏZƏRİNƏ: Pensiyalar bütün ölkə üzrə eyni vaxtda ödənilə bilər
610474
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda pensiyaların bölgələr üzrə fərqli tarixlərdə ödənilməsi məsələsi uzun müddətdir müzakirə olunur. Xüsusilə, vətəndaşların maliyyə öhdəlikləri – kredit ödənişləri, kommunal xərclər və gündəlik tələbat fonunda bu fərqlər narazılıq yaradır.

Bəs pensiyaların bütün ölkə üzrə eyni vaxtda və ya maksimum 1–2 gün fərqlə verilməsi nə dərəcədə realdır?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, əslində pensiyalar eyni gündə ödənilməlidir və bu məsələdə fərqlərə yol verilməsi doğru yanaşma deyil.
 

“Bütün vətəndaşların gözlədiyi konkret tarix mövcuddur və bu onların maliyyə planlamasında mühüm rol oynayır. Burada hər hansı şəkildə belə fərqə yol verilməməlidir. Çünki bütün vətəndaşların gözlədiyi dəqiq vaxt var. Həm kreditlərin ödənilməsi, həm borclar və zəruri tələbatla bağlı məsələlər gündəmə gəlir. Texniki imkanlar da bir daha gözdən keçirilməli, eyni vaxtda və ya qısa aralıqlarla da olsa, yaxın vaxtlarda verilməsi hər kəs üçün daha ədalətli addımdır.”


Qeyd edək ki, hazırda Azərbaycanda pensiyaların ödənişi regionlara görə mərhələli şəkildə həyata keçirilir.

Bank infrastrukturunun genişləndirilməsi və rəqəmsal ödəniş sistemlərinin inkişafı gələcəkdə pensiyaların vahid tarixdə verilməsi imkanlarını artıra bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO