"Azərbaycana ənənəvi erməni kartı vasitəsi ilə təsir etmək istəyirlər"

Hazırda oxunan: "Azərbaycana ənənəvi erməni kartı vasitəsi ilə təsir etmək istəyirlər"

122511
Rəsmi Bakının ölkənin İslam koalisiyasına qoşula biləcəyi bəyanatına Rusiyadan operativ reaksiya gəldi. xa0xa0

Bəyanatının ertəsi gün Rusiya mediası işğalçı Ermənistana veriləcək yeni ölümsaçan silahların siyahısını açıqlayıb. Bu silahlar Moskva ilə İrəvan arasında ikinciyə 200 milyon dollarlıq kredit ayrılmasına dair imzalanmış saziş çərçivəsində ötürüləcək. Halbuki, dünənədək Rusiyanın ağır maliyyə durumu səbəbindən bu krediti ayırmaq imkanında olmadığı haqda informasiyalar yayılmaqda idi.

Moderator.az -a açıqlama verən politoloq Natiq Miri bildirdi ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi ölkəmizə də öz təsirini göstərəcək:

"Türkiyə-Rusiya arasında davam edən kəskin münasibətlər ölkəmizə də öz təsirini göstərəcək. Rusiyanın əsas narahatlığı ondan ibarətdir ki, Suriyada yerüstü əməliyyatlar başlaya bilər. Bu əməliyyatlar baş versə təbi ki, rusların Suriyada dəstək verdiyi qüvvələr məğlub olacaq. Ona görə də Şimal qonşumuz bu əməliyyatlarda iştirak edəcək ölkələri müxtəlif yollarla əməliyyatlardan yayındırmağa çalışır. Azərbaycana da təbii ki, ənənəvi erməni kartı vasitəsi ilə təsir etmək istəyirlər. Fikir vermisinizsə Rusiya mətbuat orqanları son zamanlar məlumat yayaraq Pankisi dərəsində İŞİD qruplaşmasının olduğunu deyirlər. Bu o anlama gəlir ki, ruslar antiterror əməliyatları adı altında Qafqazın böyük bir hissəsinə ordu yerdə bilərlər.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO