
- A-
- A
- A+
Gündəm
13:09 / 22.11.2015
2 dəq oxunma
“Misir Mərdanov Səməd Seyidovun zirək adam olmasını çox yaxşı bilirdi”¦”x9d
Hazırda oxunan: “Misir Mərdanov Səməd Seyidovun zirək adam olmasını çox yaxşı bilirdi”¦”x9d
107443
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Moderator.az -a Dillər Universitetindən adının çəkilməsini istəməyən və dosent vəzifəsində çalışan bir şəxsdən keçmiş təhsil naziri Misir Mərdanovun qardaşı ilə bağlı ilginc məlumat daxil olub.
Məlumatda deyilir:xa0
“2000-ci ildə Səməd Seyidovla Misir Mərdanov birləşərək o zaman universitetin rektoru olan Qorxmaz Quliyevi vəzifəsindən kənarlaşdıra bildilər. Azərbaycan Dillər Universitetinin tarixində Qorxmaz Quliyev kimi böyük alim, şəxsiyyət və təmiz rektor olmayıb. Bu keyfiyyətlər Misir Mərdanovu heç cür qane edə bilməzdi. Misir Mərdanov Səməd Seyidovun zirək adam olmasını çox yaxşı bilirdi. Və nəyin bahasına olursa-olsun Qorxmaz Quliyevi onunla əvəzləmək üçün dəridən-qabıqdan çıxırdı. Nəhayət Qorxmaz müəllimin prorektoru işləyən Səməd Seyidov Misir Mərdanovla istəklərinə çatdılar və böyük alimi universitetin rektoru vəzifəsindən kənarlaşdıra bildilər. Diqqət edin, bu adamlar Ulu Öndərimiz Heydər Əliyevin xətirini istədiyi Qorxmaz Quliyevi onun gözündən sala bildilər. Anonim məktublar yazmaqla. O vaxtdan Dillər Universitetində təhsil və mənəvi mühit pozuldu. Səməd Seyidov Misir Mərdanovun bu “xeyirxahlığını”x9d əvəzsiz qoymadı və onun qardaşı İlham Mərdanovu prorektor və ixtisasının uyğun gəlmədiyi “İnformatika”x9d kafedrasına müdir vəzifəsinə təyin etdi. Yəni İlham Mərdanova 2 vəzifə verdi. İlham Mərdanov qardaşına arxayınlaşıb, rektora tabe olmamağa başladı. O, işini -gücünü buraxıb köçürmə və imtahanlarda tələbələrə qiymət yazdırmaq işləri ilə məşğul olurdu. Onun işdən azad olunmasının səbəbləri haqqında saytınızda gedən informasiya dəqiqdir. İlham Mərdanov Universitetin təlbələrindən olan bir qızın valideyninin ərizəsi əsasında işdən qovuldu ”x9d.
Mənbə daha bir şok məlumatı qeyd edib:xa0
“Əli Abbasovun İlham Mərdanovu Aparat rəhbərinin müavini təyin etməsi də səhv addım idi. İndi İlham Mərdanov baş verən cinayətlərdən yaxasını kənara çəkə bilməz. O, Vidadi Zeynalovun cinayətlərini görüb müvafiq orqanlara xəbər vermək əvəzinə, ondan 5000 manat “paket”x9d alırmış. Bu məbləğ barədə İ. Mərdanov hər yerdə danışır və az olduğu barədə gileylənirdi”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































