“İstənilən müaəssisədə, dövlət və ya özəl sektorda rüşvət, korrupsiya kimi neqativ haların baş verib-verməməsi onun başında dayanan rəhbər şəxsin iradəsindən asılıdır”x9d.
Bunu Moderator.az-a açıqlamasında “Turan”x9d İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib. M.Əliyevin sözlərinə görə, “ASAN xidmət”x9d nümunəsi göstərdi ki, hər hansı dövlət qurumunun rüşvətsiz fəaliyyətini təmin etmək mümkündür:
“ASAN xidmət”x9d də rüşvət yoxdur. Bu, hər kəsin bildiriyi və təqdir etdiyi faktdır. “ASAN xidmət”x9ddə ona görə rüşvət yoxdur ki, onun başında dayanan şəxs işçilərindən rüşvət tələb etmir. Onlara demir ki, gedin, vətəndaşlardan pul alıb mənə gətirin. “ASAN xidmət”x9d nümunəsi göstərdi ki, istək və iradə olandan sonra hər şey etmək mümkündür. Hansısa müəssisədə, dövlət qurumunda rüşvət varsa, deməli onun başında dayanan şəxs bunun qarşısını almaqda maraqlı deyil”x9d.
xa0
Seymur Əliyev
































































































