Rusiyada Putinə alternativ peyda olub... - Hamını xoşbəxt edəcəyini vəd edir... - VİDEO

Rusiyada Putinə alternativ peyda olub... - Hamını xoşbəxt edəcəyini vəd edir... - VİDEO

Hazırda oxunan: Rusiyada Putinə alternativ peyda olub... - Hamını xoşbəxt edəcəyini vəd edir... - VİDEO

627904
"Rusiyada hakimiyyət başına normal rus zabiti gələrsə, ölkə sakinlərini mütləq xoşbəxtlik gözləyəcək..."
 
"Prezidentin "Ali Hakim", ölkə Konstitusiyasının "Rus həqiqəti" olması təklif edilir..."
 
Polkovnik Kvaçkovun əlaltısı oliqarxları "zərərsizləşdirib" hamını xoşbəxt edəcəyini vəd edir
 
Rusiya Federasiyası Zabitlər Birliyi 2024-cü ilin prezident seçkilərində öz namizədini irəli sürəcək. Onların fikrincə, Kremlin indiki rəhbərinə alternativ olaraq dəniz piyadasının kapitanı İvan Otrakovski olmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə gələcək namizədin "YouTube" kanalında məlumat verilib.
 
Xüsusi müşavirənin nəticələrinə görə, "milli-vətənpərvər müxalifət" nümayəndələrinin qərarı barədə Rusiya Federasiyası Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin silahlı qiyama görə səkkiz il həbsdə yatan istefada olan polkovniki Vladimir Kvaçkov məlumat verib.
 
Otrakovskinin dəqiq ifadə edilən seçkiqabağı proqramı hələlik yoxdur, lakin onun əsas tezisləri bunlardır:
 
- xalq düşmənlərinin zərərsizləşdirilməsi;
 
- oliqarxların maliyyə cəhətdən zərərsizləşdirilməsi;
 
- pensiya islahatının ləğvi;
 
- "birmərtəbəli" Rusiya proqramı;
 
- istehsal, kənd təsərrüfatı, təbabət və "sürətli addımlarla" təhsilin inkişafı;
 
- "mənfi" miqrasiya siyasəti;
 
- "qeyri-dost ölkələrlə" münasibətlərin kəsilməsi;
 
- rusiyalılara dollar və avronun qadağan edilməsi;
 
- prezidentin "Ali hakim"ə, ölkə Konstitusiyasının "Rus həqiqəti"nə çevrilməsi.
 
Zabitlər iclası Otrakovskinin irəli çəkilməsini "tarixi məqam", namizədin özünü isə "müsbət tərəfdən göstərmiş ictimaiyyətçi və hərbi vətənpərvər" adlandırıb.  
 
İclas iştirakçıları əmindir ki, əgər Rusiyada hakimiyyət başına "normal rus zabiti" gələrsə, ölkə sakinlərini mütləq xoşbəxtlik gözləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO