Alimlər ağ saçlardan birdəfəlik xilas olmaq üsulunu tapdı...

Alimlər ağ saçlardan birdəfəlik xilas olmaq üsulunu tapdı...

Hazırda oxunan: Alimlər ağ saçlardan birdəfəlik xilas olmaq üsulunu tapdı...

627435
"Ağ saçlar həm qadınlar, həm də kişilərin özünü dəyərləndirməsinə mənfi təsir göstərir..."
 
Ağ saçlar hər birimizin bu və ya digər dərəcədə üzləşəcəyimiz aşkar qocalıq əlamətidir.
 
Yüz illərlə insanlar bunu gizlətməyin müxtəlif üsullarını düşünüb, lakin indi Amerika alimləri bəyan edib ki, ağ saçlardan yan keçmək üsulunu tapıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri yazıb.
 
Nyu-York Universitetinin Qrossman Tibb Məktəbinin mütəxəssisləri tədqiqatın gedişində müəyyən edib ki, çoxsaylı müxtəlif tip hüceyrələrdə inkişaf etmək qabiyyətinə malik olan kötük hüceyrələri tük follikullarında artım zonaları arasında yerdəyişmə kimi unikal qabiliyyətə malikdir.
 
Mütəxəssislər izah edib ki, yaş artdıqca kötük hüceyrələri tük follikulunun qabarıqlığı adlanan zonasında ilişib qalır.
 
Nəticədə onlar tüklərin öz təbii rəngini saxlamağa kömək edən piqment hüceyrələrinə regenerasiya etmək qabiliyyətini itirir, zamanla saçlar rəngini itirərək ağarır.
 
Tədqiqatın gedişində alimlər siçanların köhnə saçlarını öyrənib və həm də insanlarda rast gəlinən melanosit kötük hüceyrələrinin öyrənilməsinə diqqət yetiriblər.
 
Təqdiqatçılar müəyyən edib ki, normal inkişaf zamanı bu hüceyrələr inkişaf edən tük follikullarının hissələri arasında yerini dəyişir və müxtəlif səviyyəli zülali siqnallara məruz qalır. 
 
Lakin tüklər qocaldıqca tökülür, sonradan yenidən uzanır, getdikcə daha çox kötük hüceyrələri ilişib qalır və müəyyən zülalların təsirinə məruz qala bilmir. Bu da öz növbəsində onların piqment hüceyrələrinə çevrilməsinə imkan vermir.
 
Tədqiqatın nəticələri sübut edir ki, gənc yaşda "ilişib qalan" hüceyrələr ümumi miqdarın 15 faizini təşkil edir, daha çox yaşda isə onların miqdarı 50 faizdən çox olur.
 
Baş tədqiqatçı Mayumi Uti dəqiqləşdirib: "Melanosit kötük hüceyrələrinin buqələmun funksiyasının itirilməsi saçların rənginin itirilməsi və sonradan onların ağarmasının səbəbi ola bilər".
 
Aparıcı tədqiqatçı Tsi Sunun sözlərinə görə, bu proseslər həm də insanlarda baş verir. Əgər belədirsə, gələcəkdə tədqiqatçılar bu "ilişib qalan kötük hüceyrələrindən" prosesi geriyə döndərmək, hüceyrələrin yerdəyişməsinə və piqment hüseyrələrə çevrilməsinə məcbur etmək üçün istifadə edilə bilər.
 
"İşimizin nəticələri göstərir ki, melanosit kötük hüceyrələrinin hərəkiliyi və əks differensiyasıyası sağlamlığın və saçların rənginin saxlanılmasının açarıdır", - Mayumi Uti əlavə edib.
 
Tədqiqatçılar güman edir ki, onlar saç ustasının xidmətlərinə müraciət etmədən ağ saçlardan birdəfəlik xilas edilməsinin üsulunu tapıb.
 
Tədqiqat müəlliflərinin fikrincə, bu nəticələr çox vacibdir, çünki bundan öncə psixoloqların apardığı tədqiqatlar göstərib ki, ağ saçlar həm qadınlar, həm də kişilərin özünü dəyərləndirməsinə mənfi təsir göstərir.
 
Ekspertlər sosial şəbəkələrdəki qruplarda ağ saçlarla mübarizə haqqında diskusiya aparan 40-60 yaş arası 80 qadın arasında sorğu keçirib.
 
Bəzi qadınlar bəyan edib ki, saçlarının ağarması ətrafdakıların gözündə onları daha həssas edib.
 
Bəziləri isə gülüşlərə və tənqidə məruz qalıb. Onlara öz zahiri görünüşləri ilə təcili olaraq məşğul olmaq, aşkar qocalığını kompensasiya etmək üçün makiyaja və geyimə daha çox diqqət etmək tövsiyə edilib", - qəzet yazıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO