“Rusiya istəyir ki, ya

“Rusiya istəyir ki, ya "Şimal-Cənub" dəhlizi işə salınsın, ya da Zəngəzur...”

Hazırda oxunan: “Rusiya istəyir ki, ya "Şimal-Cənub" dəhlizi işə salınsın, ya da Zəngəzur...”
624175
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bəs görəsən, Azərbaycan və İran XİN rəhbərlərinin danışığının məhz Rusiya prezidenti V.Putinin köməkçisi İqor Levitinin Tehrana səfəri ərəfəsində baş tutması təsadüfdürmü?..
 
Xəbər verildiyi kimi, aprelin 8-də Rusiya prezidenti V.Putinin köməkçisi İqor Levitin İrana səfər edib. Ertəsi gün – aprelin 9-da İ.Levitin və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ikitərəfli əməkdaşlıq, o cümlədən Qərb dövlətləri və Çinin himayə etdiyi "Şərq-Qərb TRASEKA” nəqliyyat dəhlizinə alternativ olan “Şimal-Cənub”  nəqliyyat dəhlizinin inkişafı məsələlərini müzakirə ediblər. Məhz həmin görüş ərəfəsində, yəni aprelin 7 və 8-ində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefonla danışıb. Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub...
 
Bəs görəsən, Azərbaycan və İran XİN rəhbərlərinin danışığının məhz Rusiya prezidenti V.Putinin köməkçisi İqor Levitinin Tehrana səfəri ərəfəsində baş tutması təsadüfdürmü? Axı  Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizinin işə düşməsini istəyən Moskva üçün Azərbaycan-İran münasibətlərinin normal olması da vacibdir və Putinin köməkçisinin İran tərəfi ilə danışıqlarının əsas mövzusu da məhz Şimal-Cənub dəmir yolu olub... Özü də son məlumatlara görə  Azərbaycanla danışıqlar təşəbbüsü İran tərəfdən gəlib...
 
Mövzu ilə bağlı Moderator.az əməkdaşının suallarını cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bunları dilə gətirib: 
 
“Bilirsiz, Rusiya istəyir ki, ya "Şimal-Cənub" dəhlizi işə salınsın, ya da Zəngəzur dəhlizi... Sözsüz ki, Rusiya rəsmilərinin cənub qonşumuza hər səfəri regiondakı hadisələrə təsirsiz ötüşmür... Bütün hallarda İranın davranışları  məntiqə uyğun deyil. Ruslar da onlardan soruşurlar ki, nə olub, nə istəyirsiz Azərbaycandan. İmkan verin alverimizi, ticarətimizi edək... Bəllidir ki, Rusiya Zəngəzur dəhlizinin işləməsində də maraqlıdır.  Eyni zamanda Türkiyə də bunda maraqlıdır. Və Ermənistan özü də, hətta İran da maraqlıdır. Amma rəsmi Tehranın mövqeyində iqtisadi, siyasi məntiq görsənmir axı.  Deyirlər ki, bu, bizim şimala çıxış yolumuzdur. Bəs onda Azərbaycanla münasibətləri niyə pozursuz? Rusiyaya mallarınızı haradan göndərirsiz? Ya Xəzərdən, ya da bizim ərazimizdən keçən quru yollarıyla... Bəs bunlar çıxış deyil? Ermənistan – Zəngəzur ərazisindən dağların arasından narahat bir yol var – guya bu, İranın şimala çıxış yoludur? Bu yol gedib çıxır həmin Gürcüstana... Yenə də heç bir məntiq yoxdur...”
 
Sultan Laçın
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO