
- A-
- A
- A+
Ekskluziv
17:43 / 12.03.2023
3 dəq oxunma
Çernobılda olan itlərin genetikası müəmmalı şəkildə dəyişib
Hazırda oxunan: Çernobılda olan itlərin genetikası müəmmalı şəkildə dəyişib
610527
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Radasiyanın təsirindənmi, yoxsa insanın xəyanətindənmi, Çernobıl ev itlərinin həyatı dəyişib, vəhşi əcladları olan qurdların xüsusiyyətlərini əxz edib..."
"30 km-lik təcrid zonasında yaşayan itlər fəlakət episentrindən uzaqda yaşayan itlərdən genetik cəhətdən fərqlənir..."
Alimlər ilk dəfə olaraq Çernobıl təcrid zonasında yaşayan itlər üzərində eksperiment aparıb..."
Alimlər Çernobıl AES-in təcrid zonasında yaşayan itlərin DNT-sində unikal dəyişikliklər aşkar edib.
Moderator.az xəbər verir ki, bu barədə Polşanın "Business İnsider Polska" nəşri yazıb.
Bu, ilk belə tədiqatdır və uzun müddət radiasiyanın orqanizmə necə təsir etdiyini, habelə hansı xüsusiyyətin sağ qalmağa kömək etdiyini anlamağa yardım edəcək.
Alimlər Çernobıl AES-in ərazisində yaşayan itləri öyrənib. Onlar müəyyən edib ki, bu heyvanların genetik kodu onlardan onlarla kilometr aralıda yaşayan dördayaqlı heyvanların DNT-sindən güclü şəkildə fərqlənir.
Çernobıl fəlakətindən az qala 40 il keçəndən sonra Çernobıl rəcrid zonasında
yüzlərlə vəhşi it yaşayır.
İtlərin populyasiyası elmi tədqiqatın predmeti olub, məqsəd də bu heyvanların genetikasının radioaktiv mühitdə həyatı barəsində məlumatların öyrənilməsidir.
"Science Advances" jurnalında dərc edilən yeni hesabatda tədqiqatçılar vəhşi təbiətdə yaşayan üç müxtəlif populyasiyanı təmsil edən 302 itin genetik quruluşunu öyrənib. AES ərazisində yaşayan itlərlə onlardan 15-45 km aralıda yaşayanlarla müqayisə aparılıb.
Genetik təhlil göstərib ki, 30 km-lik zonada yaşayan itlər fəlakət episentrindən uzaqda yaşayan itlərdən "genetik cəhətdən" fərqlənir.
Nəticələr genetik fərqlərin məhz radiasiya səbəbindən olmasını birmənalı deməyə imkan vermir. Lakin eksperiment nəticəsində alınan məlumatlar radiasiya təsirinin uzunmüddətli nəticələrini daha yaxşı anlamağa imkan verir. Genetik dəyişikliklərin hansının radiasiya, hansının isə "digər təsir amillərlə" baş verməsini fərqləndirmək çətindir.
Lakin tədqiqat həmmüəlliflərindən olan genetik Eleyn Ostrander hesab edir ki, tədqiqatçıların bu suala cavab verməsi üçün gözəl imkanı var: "Belə düşmən mühitdə 15 nəsil ərzində necə sağ qalmaq olar?".
Ostrander deyib ki, itlərin DNT nümunələri çox qiymətlidir, çünki bu heyvanlar orada yaşayır və təxminən insanların yedikləri qida ilə qidalanır.
"Bizim heç vaxt bu işi insanı belə yaxşı əks etdirən itlər kimi heyvanların üzərində aparmaq imkanımız olmayıb", - o, deyib.
Ukraynada 1986-cı ildə Çernobıl AES-də qəza baş verəndə, o rayondan təxliyə edilənlər ev heyvanlarını orada saxlayıb.
O zamankı hakimiyyətin radioaktiv çirklənmənin yayılmasının qarşısını almaq üçün bu heyvanların çoxunu məhv etməsinə rəğmən, məhz bədbəxt hadisələrin nəticələrinin ləğv edilməsi üzrə əməkdaşlar bunların bəzilərinin qayğısına qalıb.
Baytar yardımı göstərən "Chernobyl Dog Research İnitiative " təşkilatının dəyərləndirməsinə görə, bu rayonda 800-dən çox vəhşi it yaşayır.
Onların davranışında vəhşi əcdadları olan qurdların xüsusiyyətləri müşahidə edilir.
Bu itlər reaktorda partlayış baş verəndən sonra özləri öz qayğısına qalmağa məcbur olub, hərçənd, əvvəllər ev heyvanları sayılıb. Lakin sonradan onların həyatı radiasiyadanmı, yoxsa insanın xəyanətindənmi, az bəlli olan, qəribə və tamamilə müstəqil həyata çevrilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































