"Fevralın 1-dən haylar Qarabağdan köçürüləcək...-O, İngiltərə casusudur..."

Hazırda oxunan: "Fevralın 1-dən haylar Qarabağdan köçürüləcək...-O, İngiltərə casusudur..."
583141
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Vedmina izba - 2"("Cadugər daxması-2" "YouTube" kanalında özünü "cadugər" kimi təqdim edən ezoterik mütəxəssis İnqa Xosroyeva guya Qarabağdakı qanunsuz separatçı hakimiyyətin oradakı hayları Ermənistana köçürmək niyyətini açıqlayıb. 
Moderator.az xəbər verir ki, "ArmenianReport"un yaydığı məlumata görə o, həmvətənlərini ətalətdə və “oğrulara, yalançılara” və “vətənsiz kosmopolitlər yetişdirməyə” müqavimət göstərə bilməmələrinə görə qınayır.
 
“İndi diqqətlə qulaq asın. Ruben Vardanyan İngiltərə vətəndaşıdır, İngiltərənin agentidir”, - deyə əlavə edən İnqa qondarma "dövlət naziri"nin həyat yoldaşını xatırladaraq onun yəhudi mənşəli olması barədə mənfi fikirlər səsləndirib.
"Ruben Vardanyan gələn kimi Artsaxı mühasirəyə aldılar. O, hər gün çıxır, xalqı sakitləşdirir...İndi qulaq asın. Gizli sənədlər üzə çıxarmışıq... 2022-ci il noyabrın 16-da sizi hər gün yuxuya verən, "hər şey qaydasındadır, hər şey yaxşıdır" deyən sizin tərifli Ruben Vardanyan əmr yazıb ki, 2023-cü il fevralın 1-də Artsaxı boşaltmaq üçün 50 avtobus ayrılsın. Fevralın 1-də sizin hakimiyyət hamınızı oradan evakuasiya edəcək...
Vardanyana inanırsınız, amma o, bunu artıq noyabrın 16-da planlaşdırıb. Siz hələ blokadada deyildiniz, lakin Ruben Vardanyan artıq bu mühasirəni planlaşdırıb ki, mühasirəyə alınacaqsınız, yol bağlanacaq, aclıqdan öləcəksiniz və sonra oradan getmək qərarına gələcəksiniz" -deyə ezoterik vurğulayıb.
 
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO