Mərakeş futbolçuları mükafatlarından kasıbların xeyrinə imtina edib...

Mərakeş futbolçuları mükafatlarından kasıbların xeyrinə imtina edib...

Hazırda oxunan: Mərakeş futbolçuları mükafatlarından kasıbların xeyrinə imtina edib...

579534
Mərakeş milli yığmasının futbolçuları 2022-ci ilin Qətərdə keçirilən dünya çempionatında qazandığı bütün mükafatlardan imtina etməyə qərar verib.
 
Moderator.az xəbər verir ki, bu vəsaitlər Mərakeşdəki kasıb ailələrə yardıma yönələcək. Bundan öncə Mərakeş yığmasının yarımmüdafiəçisi Hakim Ziyeş 325 min mükafat pullarını kasıb həmvətənlərinə bağışlayıb.
 
Qeyd edək ki, Afrika komandası Qətərdəki mundialda dördüncü yeri tutub. Bürünc medal uğrunda oyunda mərakeşkilər Xorvatiya milli komandasına 1:2 hesabı ilə uduzub.
 
Mərakeş yığması dünya çempionatında 25 milyon dollar qazanıb. Lakin bu pulların hamısı xeyriyyə məqsədinə ayrılmayacaq. Futbolçuların mükafatı bu məbləğin yalnız bir hissəsidir. Yerdə qalan vəsaitlər öz fəaliyyətinə və ölkədə futbolun inkişafına yönələcək.
 
Xatırladaq ki, Qətərdəki mundialda Argentinanın milli yığması qalib gəlib. Final oyununda Cənubi Amerika komandası Fransa yığmasına oyundan sonrakı penaltilər seriyasında üstün gəlib. Əsas və əlavə oyun 3:3 hesabı ilə başa çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO